Icma.az
close
up
RU
Makrona doğum günündə xoş olmayan sürpriz...

Makrona doğum günündə xoş olmayan sürpriz...

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makron bu gün doğum gününü və gələn həftə Milad bayramını qeyd etməyə hazırlaşarkən, “Le Monde” qəzetində dərc olunan və sol müxalifətin etirazına, irqçilik, seksizm və homofobiya ittihamlarına səbəb olan məqalə ucbatından çətin günlər yaşaya bilər.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Mayott adasındakı dağıdıcı qasırğa və hökumət böhranından əlavə, “Le Monde” qəzetindəki son məqalə də Makron üçün narahatlıq yaradıb.

Nəşrə görə, Fransa prezidenti əhalinin müxtəlif qruplarına - qaradərililərə, Məqrib mənşəli vətəndaşlara, eləcə də cinsi azlıqlara qarşı bir sıra təhqiramiz şərhlər səsləndirib.

Məqaləyə əsasən, Makron ölkədəki xəstəxanaların problemlərindən danışarkən bildirib ki, bunlar xəstəxanaların qəbul şöbələrində çox sayda “mamadu”nun (ölkədə qaradərililəri təhqir etmək üçün işlədilən jarqon ifadə) olması ilə əlaqəlidir. O, həmçinin Məqrib mənşəli fransızlara münasibətdə “rabzuz” kimi başqa bir jarqon ifadə işlədib və LGBT icmasına qarşı təhqiramiz şərhlər verib.

“Le Figaro”ya açıqlama verən Yelisey sarayı bu fikirləri “başqalarının dilindən danışılan” və “etibarlı hesab edilə bilməyən” iddi kimi qiymətləndirərək onları təkzib edib. Dövlət başçısına yaxın digər bir mənbə də “siyasi rəqiblər tərəfindən nəşrə ötürüldüyü aşkar olan fikirlərin fakt kimi təqdim edilməsinin təəccüblü olduğunu” bildirib.

Somma departamentindən olan deputat Fransua Ruffen isə qalmaqala “Burada hər şey var: irqçilik, homofobiya, seksizm”, - deyə reaksiya verib. Milli Assmbleyadakı “Yenilməyən Fransa” partiyasının vitse-prezidenti Klemans Gette prezident Makron haqqında "bu irqçi ifadələr onun həmin vəzifəni tutmağa layiq olmadığını göstərir”, - deyib.

Nor departamentindən olan deputat David Giro qeyd edib: “Əgər o fikirlər təsdiqlənərsə, bu, prezidentin istefasına çağırışların legitimlik yükünü daha da artıracaq”.

Məqalədə həmçinin Lusi Kastets (NFP) və ekoloqların lideri Marin Tondelye kimi sol siyasi fiqurlar haqqında “şıltaq” kimi ifadələrin səsləndirildiyi də qeyd olunub. M.Tondelye bunun “son dərəcə şokedici homofob ifadələrə əlavə olunan seksist fikirlər” olduğunu bildirib.

Prezidentin əksər tərəfdarları baş verənləri şərh etməkdən hələlik çəkinirlər. Yalnız makronist deputat Qiyom Quffye prezidentə ünvanlanan fikirləri “nə demokratiyaya, nə də jurnalistikaya xidmət etməyən məsuliyyətsiz sensasiya axtarışı” adlandıraraq pisləyib.

Eyni zamanda, Yelisey sarayı da bəhs olunan iddiaları rəsmən rədd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri