Makrondan Trampın qərarına reaksiya: “Avropa vahid şəkildə cavab verəcək”
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron sosial media hesabında ABŞ Prezidenti Donald Trampın tariflərlə bağlı qərarına reaksiya göstərib.
Yeniavaz.com xəbər verir ki, o Trampın Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyaya 10% tarif tətbiq etmək qərarına cavab olaraq bildirib ki, onlar Ukraynada, Qrenlandiyada və ya dünyanın başqa bir yerində heç bir hədə-qorxu və ya təhdiddən təsirlənməyəcəklər.
“Tarif təhdidi bu kontekstdə qəbuledilməz və yersizdir. Əgər bu təsdiqlənərsə, Avropa vahid və əlaqələndirilmiş şəkildə cavab verəcək. Biz Avropanın suverenliyini necə qoruyacağımızı bilirik və Avropa tərəfdaşları ilə danışıqlar məhz bu ruhda aparılacaq”, - Makron qeyd edib.
Fransa Prezidentinin sözlərinə görə, Fransa həm Avropada, həm də ondan kənarda millətlərin suverenliyi və müstəqilliyi ideyasına sadiqdir və bu, Birləşmiş Millətlər Təşkilatına və onun Nizamnaməsinə olan sadiqliyin əsasını təşkil edir:
“Məhz bu ideya ilə Ukraynanı dəstəkləyirik və bu dəstək davam edəcək. Bu prinsipləri və təhlükəsizliyimizi qorumaq, həmçinin güclü və davamlı sülh üçün “könüllülər koalisiyası” yaratmışıq. Məhz bu əsasda Danimarkanın Qrenlandiyada təşkil etdiyi hərbi təlimlərdə iştirak edirik. Xüsusilə də Arktikanın və Avropa sərhədlərimizin təhlükəsizliyi məsələsində bu qərara sadiq qalırıq”.
Qeyd edək ki, Donald Trampın qərarına əsasən, 1 fevraldan etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyadan ABŞ-yə idxal edilən bütün mallara 10 faizlik tarif tətbiq olunacaq. 1 iyundan etibarən tarif 25 faizə qədər artacaq. Tramp bu barədə sosial şəbəkə hesabında yazıb.
Bu mövzuda digər xəbərlər:Makrondan Trampın gömrük rüsumu qərarına reaksiya
12 İyul 2025 21:26
Makrondan Trampın Qrenlandiya qərarına SƏRT CAVAB
17 Yanvar 2026 23:54
Makrondan Tramp xəbərdarlığı: Avropa oyanmalıdır
08 Yanvar 2025 22:32
Makrondan çağırış: “Avropa dəyişən təhdidlərə...”
21 Yanvar 2025 12:33
Makrondan gürcülərə ÇAĞIRIŞ: Avropa qorxutmur...
13 Dekabr 2024 23:02
Baxış sayı:65
Bu xəbər 18 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















