Maliyyə Nazirliyində YAP ərazi ilk partiya təşkilatının yeni sədri seçilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 6-da Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “Səməd Vurğun 135” ünvanı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) ərazi ilk partiya təşkilatının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda YAP Nəsimi rayon təşkilatının və Maliyyə Nazirliyinin rəhbər şəxsləri, eləcə də Nazirliyin YAP ərazi ilk partiya təşkilatının üzvləri iştirak ediblər.
İclasda YAP ərazi ilk partiya təşkilatının sədri vəzifəsinə Maliyyə Nazirliyinin Aparatının rəhbəri Natiq Həsənovun namizədliyi irəli sürülüb və təklif səsə qoyulub.
N.Həsənov yekdilliklə YAP ərazi ilk partiya təşkilatının sədri seçilib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “Səməd Vurğun 135” ünvanı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) ərazi ilk partiya təşkilatı 1999-cu ildə təsis olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Noyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















