Maliyyə Nazirliyinin doqquz vəzifəli şəxsi saxlanılıb
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uqanda polisi Mərkəzi Bankın elektron sistemlərinə kiberhücum nəticəsində 62 milyard şillinqin (16,87 milyon dollar) oğurlanması ilə bağlı aparılan araşdırma çərçivəsində Maliyyə Nazirliyinin doqquz vəzifəli şəxsini saxlayıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, saxlanılanlar arasında nazirliyin baş mühasibinə təhkim olunmuş əməkdaşlar var. Onlar istintaqa kömək etmək üçün Cinayət Araşdırmaları İdarəsinə çağırılaraq saxlanılıblar.
Polis və Maliyyə Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında Xəzinədarlıq Departamentinin yüksək vəzifəli nümayəndəsi də var.
Maliyyə naziri Henri Musasizi hələ noyabrda yerli KİV-ə Mərkəzi Bankın hesablarının sındırılması və vəsaitlərin oğurlanması faktını təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 06 Fevral 2025 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















