Icma.az
close
up
RU
Maliyyə Nazirliyinin şöbə müdiri Fikrət Şirinov məsuliyyətdən necə yayınıb?

Maliyyə Nazirliyinin şöbə müdiri Fikrət Şirinov məsuliyyətdən necə yayınıb?

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


O da adi günlərdə olduğu kimi digər tələbə yoldaşları ilə vədələşdiyi yerdə görüşüb, sonuncu kursun təcrübə proqramını keçmək üçün orta məktəbə gedirdi. Xəyallarında nələr vardı, yalnız özü bilirdi. Gələcəyə böyük ümidlərlə baxırdı. Hər gün getdiyi orta məktəbdə təcrübə proqramının son günlərini başa vururdular. Ancaq ağlına belə gəlməzdi ki, onun təcrübə proqramını elə yeni təcrübəyə başlamış məmur alt-üst edəcək. Nəinki təcrübə proqramını, hətta ömrünə, tələbə həyatına balta çalacaq.
Bəlkə acı bir reallıq, bəlkə də tale, qismətdir ki, gələcək üçün gözəl xəyallar quran, karyera, inkişaf, elm sahəsində fəaliyyətini davam etdirməyi düşünən, buna ciddi cəhdlə çalışan gənclərin bütün ümidləri məhz bu və ya digər məmur tərəfindən puça çıxarılıb. Həmin məmurların ehtiyatsızlığı, bəzi hallarda isə harınlıqları bir gəncin taleyini yarıdan kəsib, digər bir gəncin həyatını qaraldıb, alt-üst edib. Necə ki, hazırda Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinə müdiri postunu tutan Fikrət Şirinov kimi.
Vurduğu gənclərə yardım göstərməyən gənc məmur
25 il il əvvəl paytaxtda, yaşayış massivində sürət həddini aşıb, yol hərəkəti qaydalarını kobud surətdə pozub, qırmızı işıqda avtomobilini idarə edərək təcrübəyə gedən 2 tələbəni vuranda elə Fikrət Şirinov da Maliyyə Nazirliyində təcrübədə idi. Bir təcrübəçi ehtiyatsızlığı, yol hərəkətini kobud surətdə pozması ilə az qala 2 təcrübəyə gedən gəncin həyatına son qoyurdu. Məlumat üçün qeyd edək ki, Fikrət Şirinov həmin vaxt Maliyyə Nazirliyində yeni işə düzəlmişdi. Hazırda müdiri olduğu vergi siyasəti və gəlirlər şöbəsinin gənc kadrlarından idi. Özü gənc olsa da, lakin gənclərə qarşı heç də rəhmli, insanpərvər deyildi. Əks təqdirdə Fikrət Şirinov avtomobili sürətli idarə edərək ölümcül vəziyyətə saldığı 2 gənc tələbəni həkimə çatdırmaq barədə düşünərdi. Ancaq gənc məmur bunu etmir və ölümcül vəziyyətə saldığı 2 gənci Fikrət Şirinov xəstəxanaya aparmalı olduğu halda, onların tələbə yoldaşları Fikrətin vurduğu gəncləri ictimai nəqliyyatla qəzanın baş verdiyi Yasamal rayonu, hazırkı Space televiziyasının binasının qarşısından səhiyyə ocağına, Mərkəzi Klinik Xəstəxanaya çatdırırlar. Bu faktın özü kifayət edirdi ki, Fikrət Şirinova qarşı cinayət işi açılsın.
Qəza nəticəsində xəsarət alan tələbələrdən biri ambulator müalicədən sonra evə buraxılsa da, lakin onlardan digərinin xəsarətləri çox ağır olduğundan 99 faizlik ölüm riski ilə üzləşir. Hətta gənc qız bir müddət koma vəziyyətində qalır. Lakin sonradan orqanizmdə hiss edilən hərəkətlilik səbəbindən həkimlər müalicəni davam etdirməli olurlar.
Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, gənc məmur Fikrət Şirinov vurduğu gəncləri küçənin ortasında, ölümcül vəziyyətdə buraxmaqla kifayətlənməyərək, onların arxasınca xəstəxanaya da getmir. Yalnız bir müddət sonra Fikrətin qardaşı xəstəxanaya gələrək həkimlər və xəstənin yaxınları ilə görüşüb köməklik göstəriləcəyini deyir.
Fikrət Şirinov məsuliyyətdən necə yayınır?
Hadisə şahidlərinin bildirdiyinə görə, qardaşı Fikrət Şirinovu məsuliyyətdən yayındırmaq üçün bir müddət xəstə yaxınlarına dəstək olur. Fikrətə qarşı cinayət işinin açılmaması və onun məmur karyerasına son qoyulmaması üçün yaralı gəncin yaxınlarından şikayət ərizəsi yazmamaq xahiş olunur. Bunun üçün Fikrət Şirinov qohum-əqrəbadakı ağsaqqaları belə minnətçi salır. Övladlarının sağlamlıqlarıni hər şeydən üstün tutan, eyni zamanda bir gəncin gələcək karyerasını yarı yolda kəsmək istəməyən yaralı gəncin valideynləri Fikrət Şirinovdan şikayət etmirlər. Baxmayaraq ki, Fikrət Şirinov özü karyera qurarkən bir gəncin karyerasına demək olar ki, balta çalmış, onun həyatını belə demək mümkünsə söndürmüşdü. Fikrət Yusifov məmur kimi pillə-pillə yuxarı qalxanda onun məsuliyyətsizliyi səbəbindən vurduğu gənc sağlamlıq baxımından pillə-pillə geri addımlayır, səhhətində çox ciddi problemlər yaranırdı.
Bu arada onu da qeyd edək ki, Fikrət Şirinov vurduğu gəncin valideynləri ondan şikayətçi olmadığını bildikdən sonra tədricən ölümcül hala saldığı şəxsin müalicəsinə diqqəti də azaldır. Bir müddət sonra isə o, telefon nömrəsini dəyişərək tamamilə gözdən itir. Gənc məmurun ölümcül vəziyyətə saldığı tələbə valideynlərinin və qohum-əqrabanın dəstəyi ilə qismən də olsa sağlamlığına qovuşur. Lakin 25 il əvvəl aldığı zərbə hələ də onun həyatında, səhhətində ağır fəsadları müntəzəm olaraq üzə çıxarır.
Bəzi məmurlarda insanlıq olmur?
Məlumat üçün qeyd edək ki, sözügedən qəza zamanı Fikrət Şirinovun yüksək sürətlə vurduğu gəncin beyin yarımkürəsi ciddi zədə görüb, başın sol nahiyyəsi inkişafdan qalıb. Fikrət Şirinovun istəyini əldə etdikdən, onun barəsində polisə şikayət ərizəsi verilmədiyinə əmin olduqdan sonra gözdən itməsi, xəstənin sonrakı taleyi ilə maraqlanmaması xanımın səhhətində zaman-zaman ciddi problemlərə yol açıb. Çünki müalicənin kifayət qədər ciddi xərc tələb etməsi prosesin yarımçıq qalmasına səbəb olub. Nəticə etibarilə məmur Şirinovun avtomobillə vurduğu şəxsin başında şiş əmələ gəlib.
Sual olunur, bir gəncin həyatına balta çalan, onu ölüm təhlükəsi ilə üz-üzə qoyub məsuliyyətdən yayınan, bütün bunlar azmış kimi qarşı tərəfin etimadından, etibarından sui-istifadə edib öz istəyinə çatdıqdan sonra gözdən itən, vurduğu şəxsin səhhəti ilə sonrdan maraqlanmayan bir məmur necə rahat yaşaya bilir. İnsanların, ətrafının, övladlarının, ən əsası ailəsinin gözünə necə baxa bilir? Düzdür, deyə bilər ki, 25 il əvvəl baş vermis hadisədir və ortada da şikayət yoxdur? Bəs vicdan? Bəs insanlıq? Bəs ölümün cənginə atdığın gəncin valideynindən xahiş, yalvarışla səndən şikayətçi olmadıqları barədə aldığın ərizənin qarşılığında verdiyin sözü tutmamaq azərbaycanlıya, insan oğluna, ən əsası məmura yaraşarmı? Yəni insanlıq bu qədərmi ölüb? Yaxud bəzi məmurlarda insanlıq olmurmu?
P.S.Ümid edək ki, Fikrət Şirinov pul hesablamaq, karyera yollarında irəliləməkdən vaxt taparaq vicdanı ilə qarşı-qarşıya oturub keçmiş səhvlərindən nəticə çıxaracaq və ölümcül vəziyyətə saldığı gəncin sonrakı taleyi ilə maraqlanmağa özündə cəsarət tapacaq.
Anar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Fevral 2026 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see280

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see217

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see216

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see212

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see190

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see169

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see169

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see165

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see165

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see160

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see158

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see158

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see158

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see157

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see151

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see148

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri