Icma.az
close
up
RU
Manatı devalvasiya gözləyirmi? TƏHLİL

Manatı devalvasiya gözləyirmi? TƏHLİL

Azvision saytına istinadən Icma.az xəbər verir.

Devalvasiya müddətdən asılı məsələ deyil və ildə bir neçə dəfə də baş verə bilər, 10 ildən çox zaman ərzində heç baş verməyə də. Baxır, valyuta bazarı hansı formada tənzimlənir: İnzibati qaydada, yoxsa sərbəst məzənnə rejimi əsasında. Xarici valyuta gəlirləri çoxkanallı xarakter daşıyan ölkələrdə valyuta bazarı sərbəst üzən məzənnə rejimi əsasında, birkanallı ölkələrdə isə adətən inzibati qaydada tənzimlənir.
Azərbaycanda devalvasiya sonuncu dəfə ildə iki dəfə olmaqla birincisi 21 fevral 2015-ci ildə, ikincisi isə 21 dekabr 2015-ci ildə baş verib: Mərkəzi Bank (AMB) manatın 1 dollara görə dəyərini əvvəl 1,05 azn, sonra isə 1,55 manat səviyyəsində müəyyən etmişdi. 2016-cı ilin əvvəlində isə AMB bəyan etdi ki, “yumşaq üzən məzənnə” rejiminə keçir. Çünki əvvəlki ildə iki dəfə devalvasiyaya baxmayaraq, məzənnədə tarazlığı qoruyub saxlamaq üçün ABŞ dolları ilə intervensiyaya ehtiyac qalırdı. Milli Bankın rəsmi ehtiyatları isə tükənmək üzrə idi.
Beləcə, manatın taleyi tam olmasa da, hərracların ümidinə buraxıldı. Nəticədə 1 ABŞ dolları 2 manatadək bahalaşdı. Lakin həmin ilin ikinci yarısından etibarən neftin dünya bazar qiymətləri sabitləşdikdən sonra manat dollara nisibətdə 1,70 azn səviyyəsində qərarlaşdı. Yenə də əsas etibarilə AMB-in qərarı ilə.
Manatın növbəti devalvasiyası ehtimalına gəlincə, ölkənin tədiyyə balansı göstəricisinin müsbət saldoda qaldığı, xarici ticarət dövriyyəmizdə ixracın idxaldan üstün olduğu, neftin qiymətinin dövlət büdcəmizdə təsbit ediləndən yuxarı olduğu şəraitdə bu, heç bir şəkildə baş verə bilməz. Çünki əvvəla, ölkədə valyuta tənzimlənməsində “üzən məzənnə” rejimi fəaliyyət göstərmir (nə vaxt göstərəcəyi də bəlli deyil). Bayaq da xatırlatdım ki, 2016-cı ildə buna cəhd edildi, amma alınmadı. Çünki ölkəyə xarici valyuta axını yalnız bir kanal (mənbə) hesabına daxil olduğundan, milli valyutamızın dəyəri neftin və qazın kənara satış qiymətlərindən asılıdır.
Bəli, sərbəst üzən məzənnə rejimi ən mükəmməl metod sayılır. Ancaq real şəraitdə onun tətbiqi manatın ucuzlaşacağı ilə nəticələnəcəyindən, məqsədəuyğun hesab edilmir. Ölkədə xarici valyutaya tələb artan kimi ajiotaj ortaya çıxa və manat kəskin dəyərsizləşə bilər. ABŞ dollarına keçən ildən etibarən artan tələb buna misaldır. Valyuta bazarımızda 9 ildir davam edən sabitliyin tezliklə pozulacağı və manatın ABŞ dolları qarşısında ucuzlaşacağı haqda fikir məhz bundan sonra ortaya çıxdı. Ortada valyuta bazarına təzyiq yaradacaq heç bir iqtisadi, maliyyə və s. səbəb olmadığı halda AMB tərəfindən keçirilən hərraclarda ABŞ dollarına tələbin artması devalvasiya söhbətini qabartdı.
Yeri gəlmişkən, AMB-nin məlumatına əsasən cari ilin yanvar-avqust aylarında keçirilən valyuta hərraclarında 5 milyard 074,2 milyon ABŞ dolları satılıb ki, bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Lakin bunun manata təsir və təzyiq yaratmaq imkanı yoxdur.
Digər tərəfdən, devalvasiya hökumətə də sərfəli deyil.
Bu addım istər büdcə planlaşdırması, istər sosial, istər qiymətlərin tənzimlənməsi, istərsə də ümumi balans və strategiya baxımından məqsədəuyğun deyil. İqtisadiyyatda geniş rəqabət imkanları olsaydı, bu məsələyə baxmaq olardı. Ancaq o şəraitdə sərbəst üzən məzənnə rejimi də məqsədəuyğun sayıla bilərdi.
O ki qaldı “devalvasiya nə vaxt baş verə bilər” sualına, yazdıqlarımdan cavab aydındır. Ancaq bir iş var ki, ötən ildən etibarən ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi azalır. Səbəb təkcə neft-qaz sektoruna aid deyil. Neft-qaz sektoru məhsullarının ixracda payı yüksək olduğundan, onun azalması fonunda qeyri-neft sektoruna aid məhsulların ixracı gərək azalmasın, artsın. Bizdə isə idxal getdikcə genişlənir. Bir tərəfdən də neftin qiyməti düşür. Və nə vaxtsa həddindən artıq yüksək olacağı daha gözlənilmir.
Bəli, devalvasiya olmayacaq. Amma bu, “heç vaxt olmayacaq” demək də deyil.

Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Noyabr 2024 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see368

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see218

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see216

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see188

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see185

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see183

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see178

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see175

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see170

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see164

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see163

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see163

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see161

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see159

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see159

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see157

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see153

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see152

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see148

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri