Icma.az
close
up
RU
Manatın məzənnəsi necə dəyişəcək? AÇIQLAMA

Manatın məzənnəsi necə dəyişəcək? AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı manat məzənnəsinin 2017-ci aprel ayından etibarən stabil qaldığını və yaxşı ticarət balansımızın olduğunu bildirib".

Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, milli valyutanın məzənnəsi maliyyə stabilliyinin gücləndirilməsi baxımından vacib meyarlardandır:

"Bu baxımdan, məzənnə siyasəti makro-iqtisadi stabilliyin əsas istiqamətlərindən birinə çevrilib. Milli valyutanın məzənnəsinə ən çox təsir göstərən faktor ölkəyə daxil olan valyutanın həcmidir. Neftin dünya bazar qiyməti isə Azərbaycanın tədiyyə balansına ən çox təsir göstərən tarazlıq olaraq qalmaqdadır. Yüksək neft qiymətləri və eləcə də qeyri-neft ixracatındakı artımlar 2026-cı ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun qorunub saxlanmasına imkan yaradıb. 2026-cı ilin ilk 7 ayında Azərbaycan ixracatı nominal ifadədə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20.1 milyard dollara çatıb. Qeyri neft-qaz ixracatında isə daha yüksək artım qeydə alınıb: 2 dəfə. Bu müddətdə Azərbaycan 5.9 milyard dollarlıq qeyr neft-qaz məhsulları ixrac edib. Digər mühüm məqam idxalda azalmanın qeydə alınmasıdır. Azərbaycan idxalı 43 faiz azalaraq 9.8 milyard dollara düşüb. Bu həmin dövrdə 10 milyard dollardan çox müsbət ticarət saldonun yaranması deməkdir. Göründüyü kimi, 2026-cı ilin geridə qalan aylarında xarici ticarət və eləcə də tədiyyə balansındakı müsbət dinamika valyuta bazarındakı tarazlığı qoruyub saxlamağa imkan yaradıb.

Digər tərəfdən, Mərkəzi Bank dollara tələbin azalması səbəbindən strelizasiya tədbirləri ilə valyuta ehtiyatlarını artıra bilib. 2026-cı ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3.8 milyard dollar artıb. 2025-ci ili 11.5 milyard dollar ehtiyatlar ilə başa vuran Mərkəzi Bankın hazırda 15.3 milyard dollar rezervləri var. Bu ilin geridə qalan dövründə Mərkəzi Bankın valyuta ehtiyatları hər ay əvvəlki aya nisbətən artıb. Mövcud rəqəmlər valyuta bazarındakı tarazlığı qorumağa imkan yaradır. Bununla belə, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün orta və uzun müddətli dövrdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri