Mançester Siti dən Reynders üçün İtaliya nəhənginə rəsmi təklif MƏBLƏĞ
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Mançester Siti" yarımmüdafiəçi Teyani Reyndersin transferi üçün "Milan"a rəsmi təklif göndərəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, "şəhərlilər" İtaliya nəhənginə 60-65 milyon avro ödəməyə hazırdırlar. "Milan"ın isə bu satışdan daha çox, təxminən 80 milyon avro qazanmağı hədəflədiyi bildirilib. Klublar razılığa gəlsələr, niderlandlı futbolçu müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza ata və hər mövsüm üçün 8 milyon avro qazana bilər.
Qeyd edək ki, geridə qalan mövsümdə "Milan" forması ilə bütün turnirlərdə 54 matça çıxan Reynders 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat

Reynders Mançester Siti nin maraq dairəsində
12 May 2025 20:30
Reynders Mançester Siti üçün tibbi müayinədən keçdi 70 milyon avroluq transfer
08 İyun 2025 22:32
Reynders Mançester Siti yə, De Bruyne Napoli yə keçdi
11 İyun 2025 13:43
Mançester Siti Bundesliqa ulduzu üçün böyük məbləğ ödəyə bilər
17 Aprel 2025 18:17
Mançester Siti qədər qazanan yoxdur MƏBLƏĞ
14 Dekabr 2024 12:03

