Mançester Yunayted də xaos: Futbolçular narazı, klub sahibindən baş məşqçiyə dəstək
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Mançester Yunayted"in futbolçuları baş məşqçi Ruben Amorimin işindən getdikcə daha çox narazılıq edirlər. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bu narazılıq xüsusilə "Mançester Siti"yə 0:3 hesablı məğlubiyyətdən sonra güclənib.
Komandasının uduzmasına baxmayaraq, portuqaliyalı mütəxəssis seçdiyi oyun fəlsəfəsindən dönməyəcəyini vurğulayıb. Onun tətbiq etdiyi 3-4-2-1 sxemi isə komandanın bir sıra aparıcı futbolçularına, o cümlədən kapitan Bruno Fernandesə uyğun gəlmir.
Amorim hələ də klubun həmsahibi Cim Ratkliff tərəfindən dəstəklənir. Amma futbolçuların böyük qismi onun taktiki göstərişlərini anlamadıqlarını bildirirlər.
Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqanın cari mövsümünə çox zəif start verib. "Qırmızı şeytanlar" geridə qalan 4 turda cəmi 1 qələbə qazanıb. Bu göstərici klub üçün 1992/93 mövsümündən bəri ən uğursuz başlanğıc hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 16 Sentyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















