Icma.az
close
up
RU
“Mançester Yunayted”dən inanılmaz xəsislik

“Mançester Yunayted”dən inanılmaz xəsislik

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Mançester Yunayted” Avropa Liqasının finalında “Tottenhem”ə uduzmaqla dünyanın dörd bir yanındakı, təbii ki, həm də Azərbaycandakı fanatlarını üzdü.

"Football-plus.az" xəbər verir ki, komanda yalnız bu turniri qazanmaqla azarkeşlərinin könlünün müəyyən mənada ala bilərdi ki, bunu da bacarmadı.
Final oyunu ərəfəsində “qırmızı şeytanlar”ın düşərgəsində elə maraqlı hadisələr baş verib ki...
Sonuncu avrokubok qənimətinin 2017-ci ildə qazanan (Avropa Liqasının finalında “Ayaks” məğlub edilmişdi) “Yunayted” camiəsi “Tottenhem”lə qarşılaşmanı səbirsizliklə gözləyirdi. Özü də “mahmızlar” bu mövsüm “qırmızı şeytanlar”ı dəfələrlə cəzalandırıb deyə, çoxları Bilbao finalına həm də qisas imkanı kimi baxırdı.
MY-də çalışanların niyyəti İspaniyaya yollanmaq idi. Amma klub rəhbərliyi bəzən hətta absurd səviyyəsinə çatan qənaət siyasəti çərçivəsində əməkdaşlarına mövsümün əsas oyunu üçün bilet vermədi. Əlbəttə, bir başqa top-klub bütün əməkdaşlarının İspaniyaya səfər xərclərini ödəyərdi. Hələ heç oyuna bileti demirik. Ancaq klub rəhbərliyi əvəzində əməkdaşlara klub kafesində istifadə olunan yemək talonları bağışladı. Yəni buyurun, kafedə televizor önünə keçin və oyuna baxın. Maraqlıdı ki, Ruben Amorimin komandası kuboku qazansaydı, yenə qənaət rejimi davam edəcəkdi. Heç bir halda şəhərdə çempionluq paradı təşkil olunmayacaqdı. Kubok Mançesterə gətirilsəydi, oyunçular və məşqçi korpusu klub bazasında kabab çəkəcəkdi.
Düzdü, hələ ser Aleks Ferqyusonun dövründə əsası qoyulan bir ənənəyə yeni rəhbərlik toxunmamışdı: futbolçular İspaniyaya Pol Smit brendinə məxsus 1000 funt sterlinqlik kostyumla yollanmışdı. Məşhur ingiltərəli dizayneylə əməkdaşlığın əsası 2008-ci ildə qoyulub.
MY-nin qəhrəmanlarından biri də Amorimdi. Əlbəttə, nəticələri nəzərdə tutsaq, birmənalı şəkildə mənfi qəhrəmandı. Amma... ESPN-in yaydığı xəbərə görə, portuqaliyalı məşqçi hər gün 14 saat çalışır. Səhər saat 7-də bazaya gəlir, bir də axşam saat 9-da evinə yollanır. Bilbao finalı üçün biletə layiq görülməyən “Yunayted” əməkdaşları isə fərqli bir səbəbdən Amorimə hörmət edirlər. İş ondadı ki, portuqaliyalı mütəxəssis məşqçi korpusu, xidmət personalı və onların ailə üzvlərindən ibarət 30 şəxsin İspaniyaya səfər xərclərini öz cibindən ödəyib. Klubun sahibi Cim Retkliffin inanılmaz xəsisliyi fonunda gözəl jest oldu! Müqayisə üçün bir faktı xatırladaq: PSJ bossları Çempionlar Liqasının finalını izləmək üçün Münhenə yollanan 600 əməkdaşının bütün gediş-gəliş xərclərini, biletinin pulunu ödəyib.
Mançesterdə qışdan bəri maliyyə məsələlərinə xüsusi diqqət yetirməyə başlayıblar. Məhz onda klub rəhbərliyi əməkdaşlarının sayının 20 faiz azaltmağa qərar verdi. İş yerini qoruya bilənlər isə sərt nəzarətlə üzləşib – hər funt sterlinqin hesabatını vermək lazım gəlir. Daha bir vacib qərar odu ki, əməkdaşlar isti nahar yeməklərindən də məhrum olunub. Qadağa yalnız meyvəyə aid deyil. Düzdü, sonradan rəhbərlik bu qərarı bir qədər yumşaldıb - əvvəllər olduğu kimi, yenə də əməkdaşlara sup və çörək pulsuz verilir. Qalan hər şey üçün pul ödəmək lazımdı. Bax, talon məsələsi də elə qışdakı həmin qərardan sonra işə düşüb.
Ümumiyyətlə, “Yunayted” və pul xüsusi toxunulası mövzudu. 16-cı pillədə qərarlaşan komanda hər sentin hesabatını aparır. Retkliff özü bütün bu addımların məcburiyyətdən atıldığını deyir. Bununla belə, ona da əmindi ki, klubda ştatda olan işçilərin sayı şişiridilib, xərcləri mütləq azaltmaq lazımdı.
“Yunayted”in Avropa Liqasını qazanıb Çempionlar Liqasına yollanması həm də pul mülahizələrinə görə vacib idi. Cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə avtomatik iştirakçılara
18,62 milyon avro qazandırıb. Əsas mərhələdə 8 qələbə qazanan, 1-ci yeri tutan komanda xəzinəsinə daha 50 milyon əlavə edə bilərdi. Biz hələ teleyayın hüququnun satışına görə əldə olulnan vəsaiti bura qatmırıq. Növbəti mövsüm qazanc bir qədər də artacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri