Icma.az
close
up
RU
Mango brendinin təsisçisini oğlu öldürüb İDDİA

Mango brendinin təsisçisini oğlu öldürüb İDDİA

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü ilin dekabrında uçurumdan yıxılaraq həyatını itirən İspaniyanın "Mango" geyim mağazaları şəbəkəsinin təsisçisi İsak Andiçin oğlu Conatan Andiç atasının qətlində şübhəli bilinir.

"Unikal" xəbər verir ki, bu barədə "El Pais" nəşri məlumat dərc edib.

Məlumata görə, Andiçin ölümü ilə bağlı iş bağlanıb, lakin mart ayında istintaqın yenidən başlanmasına dair göstəriş verilib. Bu qərar sahibkarın ölüm şəraitini aydınlaşdırmaq üçün verilib, çünki öldüyü gün onu oğlu Conatan müşayiət edib.

"Hadisə zamanı atası ilə birlikdə olan yeganə şəxs olan Conatan, "şübhələri artıran" iki bəyanatda "uyğun olmayan" ifadələr verib", - qəzet yazıb. 

Barselonada fəaliyyət göstərən "La Vanguardia" qəzeti də "istintaqdan xəbəri olan mənbələrə" istinad edərək bildirib ki, müstəntiq hakimi sentyabrın sonlarında Conatan Andiçin statusunu rəsmi olaraq şahid statusundan şübhəli statusuna dəyişib və polis onun mobil telefonunun məzmununu araşdırır.

Bildirilir ki, ata-oğul arasında son zamanlar soyuq münasibətlər hökm sürürmüş. 

Dünyada 2800-ə yaxın mağazası olan Avropanın ən böyük moda qruplarından birini quran 71 yaşlı Andiç keçən ilin dekabrında Barselona xaricindəki dağlarda gəzinti zamanı uçurumdan düşərək həyatını itirib. 

Türk əsilli İsak Andiç İspaniyanın ən zəngin adamlarından biri idi, "Forbes" onun və ailəsinin sərvətini 4,5 milyard dollar qiymətləndirir. Andiç ilk mağazasını Barselonada 1984-cü ildə açıb. Onun "Mango" brendi qısa zamanda bütün İspaniyada yayılıb və dünyanın aparıcı moda qruplarından birinə çevrilib.

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri