Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Marketdən hazır yemək alanların NƏZƏRİNƏ 10 QIZIL QAYDA

Marketdən hazır yemək alanların NƏZƏRİNƏ 10 QIZIL QAYDA

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazır yeməklər günümüzdə bir çox insanın sıx iş qrafikində böyük rahatlıq təmin edir.

News24.az baku.ws-a istinadla məlumatına görə, marketlərdə müxtəlif çeşiddə qida məhsulları, o cümlədən ət yeməkləri, şorbalar, salatlar və desertlər satılır.

İnsanlar bu yeməkləri alıb evdə qızdırıb istehlak edirlər. Ancaq bu məhsullar bir sıra müsbət və mənfi cəhətləri ilə də diqqət çəkir.

Mağaza və marketlərdə satılan hazır yeməklərlə bağlı hansı standartlar tətbiq olunur? Saxlanma müddəti və şəraiti ilə bağlı hansı qaydalar mövcuddur? Zəhərlənmə və ya oxşar neqativ halların yaşanmaması üçün hansı qaydalar mövcuddur?

Azərbaycan Qida Təhlükəsizliyi

Agentliyindən (AQTA)  cavab olaraq bildirildi ki, mövcud milli qanunvericilikdə hazır yeməklər də daxil olmaqla, digər qida məhsulllarının satış xüsusiyyətləri ilə bağlı tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları" ilə müəyyənləşdirilir.:

"Bildiririk ki, zəhərlənmələrin qarşısının alınması üçün Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi 10 Qızıl Qaydaya riayət etmək tövsiyə olunur.

EMAL EDİLMİŞ QİDALAR DAHA TƏHLÜKƏSİZ HESAB EDİLİR

Meyvə və tərəvəz kimi bir çox qida məhsulları öz təbii halında daha faydalı olsa da, bəzi qida məhsullarını emal olunmamış qəbul etmək təhlükəli ola bilər. Məsələn, süd alarkən hər zaman çiy yox, pasterizə edilmiş süd məhsullarına üstünlük verilməli və ya çiy süd qaynadıldıqdan sonra istehlak edilməlidir. Nəzərə almaq lazımdır ki, qida məhsullarının emalı həm onların təhlükəsizliyini təmin etmək, həm də istifadə müddətini artırmaq üçündür.

YEMƏYİ HƏRTƏRƏFLİ BİŞİRİN

Bir çox çiy qidalar, xüsusilə ət, quş əti, yumurta və pasterizə edilməmiş süd xəstəlik törədən mikroorqanizmlərlə yoluxmuş ola bilər. Belə məhsulların hərtərəfli və yaxşıca bişirilməsi tərkibindəki xəstəlik törədən mikroorqanizmləri öldürür. Yadda saxlamaq lazımdır ki, yemək bişən zaman temperatur onun bütün hissələrində ən az 700 C-yə çatmalıdır. Dondurulmuş ət, balıq və quş ətinin hazırlanmadan öncə mütləq donu açılmalıdır.

YEMƏK BİŞİRİLDİKDƏN SONRA QISA ZAMANDA İSTEHLAK EDİLMƏLİDİR

Bişmiş qida məhsulları otaq temperaturuna qədər soyudulduqda tərkibində mikroblar çoxalmağa başlayır. Yemək bişirildikdən sonra nə qədər çox müddət keçərsə, bu risk bir o qədər artır. Təhlükəsizlik üçün qida məhsulları bişirildikdən sonra otaq temperaturunda çox saxlanılmadan qəbul edilməlidir.

QİDA MƏHSULLARININ TƏHLÜKƏSİZ MÜHİTDƏ SAXLANILMASI

Əgər yeməklər əvvəlcədən hazırlanmalıdırsa və ya bişirildikdən sonra saxlanılmalıdırsa, onları düzgün temperaturda (10 °C-yə yaxın və ya daha aşağı, 60°C-yə yaxın və ya daha yuxarı temperaturda) və şəraitdə saxladığınızdan əmin olun. Körpələr üçün nəzərdə tutulmuş qida məhsulları, ümumiyyətlə saxlanılmamalıdır. Yeməyin daxilindəki temperatur uzun müddət 10 °C-dən yuxarı olduqda onun tərkibində mikroblar sürətlə inkişaf edərək xəstəlik yaradacaq miqdara qədər arta bilər.

BİŞMİŞ YEMƏYİ İSTEHLAK ETMƏDƏN ÖNCƏ YAXŞICA QIZDIRIN

Bu, hazır yeməklərin saxlanılması zamanı əmələ gələn mikroblara qarşı ən yaxşı müdafiədir (düzgün saxlanma mikrobların böyüməsini ləngidir, lakin orqanizmləri öldürmür). Hazır yeməyin qızdırılması zamanı onun bütün hissələrinin ən azı 70 °C temperatura kimi qızdırıldığına diqqət etmək lazımdır.

BİŞMİŞ VƏ ÇİY QİDA MƏHSULLARINI BİR-BİRİNDƏN AYRI SAXLAYIN

Təhlükəsiz şəraitdə hazırlanmış qida məhsulu çiy qida məhsulu ilə cüzi təmas nəticəsində belə çirklənə bilər. Məsələn, çarpaz çirklənmə çiy quş ətinin hazır qida məhsulu ilə təması kimi birbaşa yolla, habelə çiy quş əti doğranılmış bıçaq və ya doğrama lövhəsində daha sonra bişmiş quş ətini doğramaqla da baş verə bilər.

ƏLLƏRİNİZİ YAXŞICA YUYUN

Əllərinizi yemək hazırlamadan öncə yaxşıca yuyun. Həmçinin balıq, ət və quş əti kimi çiy qidaları hazırladıqdan sonra digər qida məhsulları ilə işləməyə başlamazdan əvvəl əllərinizi yenidən yuyun. Əgər əlinizdə hər hansı yara varsa, yemək hazırlamadan əvvəl onun üzərini sarğı ilə bağlayın. Ev heyvanları ilə təmasdan sonra mətbəxə keçməzdən öncə mütləq əllər yuyulmalıdır, çünki bir çox hallarda əllərimizdən yeməyə keçən təhlükəli patogenlərin daşıyıcıları məhz heyvanlar olur.

BÜTÜN MƏTBƏX SƏTHLƏRİNİ TƏMİZ SAXLAYIN

Qidalar çox asanlıqla çirkləndiyi üçün yemək hazırlayarkən istifadə olunan bütün səthlər mütləq təmiz saxlanılmalıdır. Hər bir qida qalığı, qırıntı və ya çirk potensial mikrob mənbəyi hesab oluna bilər. Qab-qacaqlarla təmasda olan dəsmallar tez-tez dəyişdirilməli və təkrar istifadə edilmədən əvvəl qaynadılmalıdır. Döşəmələri təmizləmək üçün nəzərdə tutulmuş parçalar tez-tez yuyulmalıdır.

QİDA MƏHSULLARINI HƏŞƏRATLARLA, GƏMİRİCİLƏRLƏ VƏ DİGƏR HEYVANLARLA TƏMASDAN QORUYUN

Heyvanlar çox zaman qida zəhərlənməsinə səbəb olan patogen mikroorqanizmlərin daşıyıcıları olur. Buna görə də qida məhsullarını ağzı bağlı qablarda saxlayın.

TƏMİZ SUDAN İSTİFADƏ EDİN

Su içmək üçün olduğu kimi, yemək hazırlamaq üçün də təhlükəsiz olmalıdır. Su təchizatı ilə bağlı hər hansı şübhəniz varsa, suyu yeməyə əlavə etməzdən və ya içkilər üçün buz hazırlamazdan əvvəl qaynadın".

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə BAKU.WS-ə söyləyib ki, Qida məhsulları Azərbaycanda və eləcə dünyada qida təhlükəsizliyi və standartlarına uyğun olaraq hazırlanmalıdır. Burada bir çox İSO 22000 və eyni zamanda da digər standartları var ki, məhz qida istehsalı və emalı sahəsində istifadə olunan qaydalardır:

Azərbaycanda da bu məsələlərə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən olunmuş qanunvericiliyə əsasən bütün qida məhsulları, o cümlədən hazır yeməklər, eyni zamanda istehsal olunan məhsulların qida təhlükəsizliyi standartlarına uyğun olması bu qaydalarla müəyyənləşdirilir.

Hazır yeməklər və onların zəhərlənməyə və sağlamlıq problemlərinə səbəb olmaması üçün kimyəvi, mikrobioloji cəhətdən təhlükəsiz olmalıdır. Mütləq şəkildə düzgün qablaşmadan istifadə olunmalıdır. Hər bir məhsulun üzərində istehsalçı şirkətə aid məlumatların tam olması, ünvanı, əlaqə nömrələri, mail ünvanı göstərilməlidir. Mütləq qidanın tərkibi, saxlanma şəraiti, istehsal tarixi ilə yanaşı son istifadə tarixinin göstərilməsi laımdır.

Məhsula görə qida dəyəri, kalori miqdarı, xüsusilə tərkibində hər hansı bir əlavə qatqı maddəsinin olub olmaması ilə bağlı məlumatlar verilməlidir ki, bir çox insanlarda keyfiyyətli məhsullar olsa belə allergiyaya meyillik olduğundan hər hansı bir maddəyə qarşı allergiya göstərməsi belə sağlamlıq problemlərinə səbəb ola bilər.

Eyni zamanda bu məhsulların hər biri saxlanılarkən temperatur rejiminə əməl olunmaqla yanaşı, mal qonşuluğu prinsipi də pozulmamalıdır ki, bu da qidanın tərkibinin dəyişməsinə səbəb ola bilən amillərdən biridir. Qidanı emal edərkən həmin müəssisədə çalışanların tibbi baxışdan mütəmadi olaraq keçdiyinə dair sənədlərin olması və bu müəssisənin etibarlı müəssisə olması ilə bağlı da istehlakçılar bilməlidir.

Mənşəyi bəlli olmayan yerlərdən hazır qida məhsullarının alınmasına yol verməməlidir. Zəhərlənmə və digər sağlamlıq risklərindən qorunmaq üçün mütləq şəkildə bu saydığımız qaydalar xüsusilə üzərində etiket məlumatlarının olması, etiket məlumatları ilə yanaşı qablaşdırmanın və paketləmənin tamlığının pozulmaması, eyni zamanda, onun uyğun şəraitdə saxlanılması və aldıqdan sonra evdə də mühafizə edərkən bu şərtlərə əməl edərək saxlamaq lazımdr. Əks halda qidanın tərkibinin dəyişməsi zəhərlənməyə və sağlamlıq problemlərinə gətirib çıxara bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Dekabr 2024 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see298

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri