Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Marselina Zielinska: Azərbaycanın inkişaf tempi inanılmaz dərəcədə sürətlidir

Marselina Zielinska: Azərbaycanın inkişaf tempi inanılmaz dərəcədə sürətlidir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

London, 31 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın şəhərsalma sahəsində böyük təcrübəyə malik “Chapman Taylor” şirkətinin İdarə Heyətinin direktoru Marselina Zielinska Azərbaycanda baş verən inkişaf prosesinin inanılmaz dərəcədə sürətli olduğunu deyib.

O, AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan hökumətinin açıq düşüncəsi və gələcəyə yönəlik yanaşmasının diqqətəlayiq olduğunu bildirib.

“Ölkə gənclərə və təhsilə böyük sərmayə yatırır, xarici mütəxəssislərin təcrübəsindən yararlanmağa açıqdır və yeni yanaşmaları sınaqdan keçirməkdən çəkinmir. Düşünürəm ki, məhz buna görə ölkə iqtisadi cəhətdən bu qədər sürətlə inkişaf edir”, - deyə M. Zielinska bildirib.

O, Qarabağda aparılan bərpa işlərinin sürətinə xüsusi diqqət çəkib: “Azərbaycanın bərpa prosesi həqiqətən heyrətamizdir. Mən 2021-ci ildə Füzuli hava limanı ərazisinə baxış keçirəndə orada hələ heç nə yox idi. Amma cəmi bir neçə ay sonra, sentyabrda hava limanı artıq fəaliyyətə başladı. Bu, çox nadir hallarda rast gəlinən bir sürətdir. Hazırda Şuşa, Cəbrayıl və Füzuli kimi şəhərlərdə artıq ilk yaşayış kompleksləri tikilib, insanlar öz evlərinə qayıdırlar. Burdakı evlərin bir çoxunun layihələndirilməsini biz hazırlamışıq. Prezident İlham Əliyevin dəstəyilə bu şəhərlərdə həyat yenidən canlanır. Dörd il əvvəl mövcud olmayan yollarda indi magistrallar, 39 tunel və yaşayış məhəllələri var”, - deyə o, qeyd edib.

Marselina Zielinska Azərbaycan mədəniyyətinin əsas üstünlüyünü insanların səmimiliyində və qonaqpərvərliyində gördüyünü bildirib: “İnsanlar çox açıq, mehriban və eqosuzdurlar. Bu da Azərbaycanı fərqli və cəlbedici edir”.

Qeyd edək ki, “Chapman Taylor” beynəlxalq miqyasda fəaliyyət göstərən şəhərsalma və memarlıq şirkətidir. Onlar Şuşa, Cəbrayıl şəhərinin Baş planı üzərində işləyiblər, hazırda isə Naxçıvan şəhərinin Baş planının hazırlanması üzrə işlər həyata keçirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see206

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see172

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri