Icma.az
close
up
RU
Martın 17 də Saakaşviliyə sərhədi qanunsuz keçmə işi üzrə hökm elan ediləcək

Martın 17 də Saakaşviliyə sərhədi qanunsuz keçmə işi üzrə hökm elan ediləcək

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Martın 17-də Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı hökmü elan edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.

Bu iş üzrə sonuncu məhkəmə iclası martın 14-də baş tutub. Hakim Mixail Çinçoliya Saakaşviliyə yekun çıxış etmək imkanı verib, lakin Gürcüstanın keçmiş lideri bundan imtina edib, bundan sonra Çinçoliya məhkəməni yekunlaşdırıb və martın 17-də elan edəcəyi hökmü oxumaq üçün məşvərətə çıxıb.

Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə Gürcüstana qayıtdıqdan dərhal sonra sərhədi qanunsuz keçməkdə ittiham olunub. Saakaşvilidən başqa, müstəntiqlərin fikrincə, Saakaşvilinin Gürcüstana qayıtmasına kömək edən dörd nəfərə qarşı da ittiham irəli sürülüb. Onların işlərinə ayrıca baxılır. Gürcüstanın keçmiş prezidenti sərhədi qanunsuz keçməyə görə 5 ilə qədər həbs cəzası ala bilər.

Martın 12-də Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib və 9 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə Saakaşvilinin keçmiş təhlükəsizlik rəhbəri Teymuraz Canaşiyanı da təqsirli bilib, lakin o, 300 min lari (107 min dollardan çox) məbləğində cərimə ilə azadlığa çıxıb.

Hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib.

2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, Gürcüstanın “İmedi” teleşirkətinin ofisinin dağıdılması ilə bağlı işlərə baxılır.

2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin az sonra saxlanılıb və ona sərhədi qanunsuz keçməkdə yeni ittiham irəli sürülüb.

2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün o, Tiflisdəki özəl “Vivamed” klinikasına aparılıb və bu günə kimi oradadır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Mart 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri