Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər istidən qorxurlar!
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sabah”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Orhus” ölkəmizə bazar günü gələcək.
“Football-plus.az” Danimarka təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, kollektiv Masazırda keçiriləcək oyun üçün azarkeşlərindən dəstək istəyib. Klubun yaydığı məlumatda qonaqlar üçün 425 oturacağın ayrıldığı, bu yerlərin doldurulmasının vacibliyi vurğulanıb.
Klub hava şəraiti barədə də qeydlər paylaşıb:
“Oyunun axşam saatlarında keçirilməsi bizim üçün qismən yaxşı xəbərdi. Çünki Bakı və Abşeronda gündüz saatlarında azı 30 dərəcə isti olur. Ancaq oyun vaxtı temperatur 25-28 dərəcə aralığında olacaq”.
Xatırladaq ki, cavab matçı avqustun 11-i, saat 20.00-da start götürəcək.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:“Orhus”un təqvimində vacib dəyişiklik
09 Avqust 2026 21:22
“Orhus”un futbolçusu: “Xəyallarımız puç oldu”
12 Avqust 2026 09:54
Sabah olduqca güclü komandadır Orhus un baş məşqçisi
04 Avqust 2026 18:05
Masazıra gedənlərin nəzərinə!
06 Yanvar 2026 19:22
“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək SƏBƏB
05 Avqust 2026 17:21
Baxış sayı:112
Bu xəbər 08 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















