Masdar : Azərbaycanın yaşıl enerji sahəsində atdığı addımlar təkcə milli deyil, regional və qlobal miqyasda əməkdaşlıq üçün yeni imkanlar açır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycanın bərpaolunan enerji sahəsində əldə etdiyi nailiyyətlər ölkə rəhbərliyinin strateji vizionu və siyasi iradəsi ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov “Azərbaycanın Günəş, Dənizdə Külək, Mavi və Yaşıl Hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, uzun illər neft-qaz sənayesində lider olmuş Azərbaycanın yaşıl enerji keçidinə başlaması böyük əhəmiyyət daşıyır.
“Əgər iradə varsa, dəyişiklik də var. Azərbaycan bu sahədə yaxşı nümunə yaradıb. Azərbaycanın yaşıl enerji sahəsində atdığı addımlar təkcə milli deyil, həm də regional və qlobal miqyasda əməkdaşlıq üçün yeni imkanlar açır",- deyə Murad Sadıxov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 30 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















