Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

“Masdar”: Bu günə qədər Qaradağ GESdən şəbəkəyə 500 milyon kilovatsaatdan artıq təmiz enerji ötürülüb AZƏRTAC

“Masdar”: Bu günə qədər Qaradağ GESdən şəbəkəyə 500 milyon kilovatsaatdan artıq təmiz enerji ötürülüb AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycanda yaşıl enerji sahəsində fəaliyyət göstərən şirkətlərin sayı artmaqdadır. Aparılan işlər nəticəsində böyükhəcmli enerji istehsalı müşahidə edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına uyğun olaraq, 2018-ci ildən başlayaraq bu sahədə genişmiqyaslı layihələrin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov “Sıfıra doğru” şüarı ilə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu günə qədər energetika haqqında qanun və torpaqların istifadəsinə dair qərarlarla yanaşı, digər sahələrdə də bərpaolunan enerji və təmiz enerji mənbələrinin potensialından istifadəni genişləndirmək məqsədilə bir sıra hüquqi islahatlar həyata keçirib.

“Azərbaycanın enerji potensialı çox yüksəkdir. 2021-ci ildə imzalanmış ilk pilot layihə çərçivəsində tikilən 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-dan etibarən fəaliyyətə başlayıb. Artıq bu günə qədər şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb. Bu enerji istehsalı nəticəsində 130 milyon kubmetrdən artıq qazın istifadəsinə qənaət edilib. Eyni zamanda, 200 min tondan artıq karbon emissiyasının qarşısı alınıb. Qaradağ Günəş Elektrik Stansiyası dövlət təminatı olmadan xarici investisiya hesabına icra edilən ilk layihədir ki, bu da Azərbaycanın investisiya cəlbediciliyini artıran mühüm nailiyyətlərdən biridir”, - deyə Murad Sadıxov bildirib

Masdar rəsmisi diqqətə çatdırıb ki, 2022-ci ildə bərpaolunan enerji sahəsində daha iki böyük saziş imzalanıb: “Quruda 1 giqavat gücündə günəş və 1 giqavat gücündə külək, dənizdə isə ilkin olaraq 2 giqavat, növbəti mərhələdə 4 giqavat gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb. Bu məqsədlə COP29 çərçivəsində Energetika Nazirliyi və “AzərEnerji” ASC arasında müvafiq müqavilələr imzalanıb. 760 meqavat gücündə 2 günəş elektrik stansiyası olan - Biləsuvarda 445 meqavat və Neftçalada 315 meqavat gücündəki elektrik stansiyasının tikintisinə başlanılıb və 2026-cı ilin ilk rübündə istifadəyə verilməsi planlaşdırılır. Bütün bu tədbirlər Azərbaycan hökumətinin bərpaolunan enerji sektorunun inkişafına verdiyi əhəmiyyətin göstəricisidir. Dövlət bu sahənin genişlənməsi üçün həm hüquqi bazanı təkmilləşdirmiş, həm də investisiyaların cəlb edilməsini təşviq edib. Bu addımlar Azərbaycanın təmiz enerji mənbələrindən səmərəli istifadə etməsi və regionda yaşıl enerji mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm addımlardır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri