Massa 82 milyon dollar istəyir
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Sabiq “Formula-1” pilotu Felipe Massa 2008-ci ildə keçirilən Sinqapur “Qran-pri”sində çempionluğu Lüis Hemiltona uduzması səbəbindən 82 milyon dollar məbləğində təzminat tələb edir.
"Football-plus.az" xəbər verir ki, iddia “Formula-1”in rəhbər orqanı olan Beynəlxalq Avtomobil Federasiyasına (FIA) və qurumun keçmiş baş direktoru Berni Ekklstouna qarşı irəli sürülüb.
Həmin yarışda Nelson Pikenin qəsdən törətdiyi qəza nəticəsində komanda yoldaşı Fernando Alonso birinci olub. Planlaşdırılmış qəzaya görə təhlükəsizlik avtomobilinin trassa çıxması səbəbindən Alonso finişə birinci çatıb. Lüis Hemilton 3-cü olmaqla 6 xal qazanıb. Mövsümün lideri Massa isə Sinqapur “Qran-pri”sində 13-cü olduğundan xal qazana bilməyib.
O vaxt qüvvədə olan qaydalara əsasən, FIA Sinqapur mərhələsinin nəticələrini ləğv etməliydi. Bu baş versəydi, Massa 5 xal fərqi ilə çempion olacaqdı.
Qeyd edək ki, 44 yaşlı braziliyalı pilotun iddiasına oktyabrda Londonda baxılması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 04 Oktyabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















