Mbappedən hakimə sərt reaksiya: “Bunlar klondur”
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Real"ın hücumçusu Kilyan Mbappe "Valensiya" ilə oyunda verilən ofsayt qərarına görə dördüncü hakimə kəskin etiraz edib. Sport24.az xəbər verir ki, bu barədə "Dazn" məlumat yayıb.
Mənbənin sözlərinə görə, fransız futbolçu fasilə zamanı və ikinci hissə başlamazdan əvvəl Mestalya stadionunun tunelində iki dəfə dördüncü hakimə yaxınlaşaraq ofsayt qərarı ilə bağlı izahat tələb edib. O, qərarı başa düşmədiyini bildirərək epizodun necə ofsayt sayıldığını soruşub. Dördüncü hakim kameralar önündə danışmaqdan imtina etdiyinə görə Mbappe cavab ala bilməyib və buna əsəbiləşərək komanda yoldaşı Eduardo Kamavinqaya dönərək hakimləri "klon" adlandırıb.
Qeyd edək ki, La Liqanın 23-cü turunda bazar günü keçirilən oyunda "Real" səfərdə "Valensiya"nı 2:0 hesabı ilə məğlub edib.
Baxış sayı:100
Bu xəbər 09 Fevral 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















