Məcburi köçkün rejissorun yataqxanadakı otağında yaşam hüququ bərpa edildi...
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Gənc Tamaşaçılar Teatrının rejissoru, Cəbrayıl rayonundan məcburi köçkün Gülnar Hacıyevanın 1 aydan çox öncə Dillər Universitetinin yataqxanasında məskunlaşdığı otağından qanunsuz şəkildə zorla çıxarılması və otağa plomb vurulması haqda olay.az saytına istinadla məlumat vermişdik.
Bu dəqiqələrdə Gülnar Hacıyevanın özündən aldığımız məlumata görə, məsələnin mediada ictimailəşməsi, dostların və əlaqədar qurumların hərəkətə keçməsindən sonra, nəhayət, məcburi köçkün rejissorun yataqxanadakı otağında yaşam hüququ bərpa edilib...
Gülnar xanıma tezliklə doğma Cəbrayılda da haqq etdiyi ocaq sahibi olmağı arzu edirik.
Ümid edirik ki, bundan sonra bəzi qurumlar vətəndaşların, o cümlədən məcburi köçkünlərin yaşam hüquqlarını tapdalamaqdan çəkinəcək.
Moderator.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 27 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















