Icma.az
close
up
RU
“Mədəmə görə pensiyaya çıxarmırlar, deyirlər ki, mədəkiçiltmə əməliyyatlarına görə dövlət dayandırıb”ŞİKAYƏT+ÖZƏL

“Mədəmə görə pensiyaya çıxarmırlar, deyirlər ki, mədəkiçiltmə əməliyyatlarına görə dövlət dayandırıb”ŞİKAYƏT+ÖZƏL

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“2017-ci ildə mədəmdən əməliyyat olunmuşam. Mədəmdə yırtıq var idi. Əlimdə epikriz də var. Sumqayıtda qeydiyyatda olduğum 2 nömrəli poliklinikaya müraciət etdim. Dedilər ki, dövlət mədədən pensiyaya çıxmağı yığışdırıb. Sosial Müdafiə Fondunun qaynar xəttinə də yığıb maraqlandım. Onlar da dedilər ki, mədə problemi ilə pensiyaya çıxmaq mümkün deyil”

Bunu Moderator.az-a açıqlamasında şikayətçi Vaqif Həsənov bildirib. O daha sonra əlavə edib:

“Səbəb olaraq onu bildirdilər ki, kök qadınlar da mədələrini kəsdirirlər, buna görə də mədədən pensiyaya çıxmağı dayandırıblar. Dedim ki, onlar görünüş üçün mədələrini kəsdirir, məndə isə problem var idi deyə əməliyyat olundum. Mənə ağır iş olmaz. Özünüz bilirsiniz ki, mədə əməliyyatı nə deməkdir?! 39 yaşım var. Ətrafımda yüngül mədə problemi ilə pensiyaya çıxanlar var. Niyə görə məni pensiyaya çıxarmırlar? 2017-ci ildə əməliyyat olunmuşam, hələ də pensiyaya çıxa bilmirəm” deyə şikayətçi əlavə edib.

Hüquqşünas Emil Aslanov Moderator.az-a açıqlamasında bildirib ki, şikayətçi öz hüquqlarını bilməlidir:

“Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat və fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin xəstəliyi nəticəsində üçüncü dərəcəli əlilliyə görə 31-60 faiz, ikinci dərəcə əlilliyə görə 61-80 faiz, birinci dərəcə əlilliyə görə isə 81-100 əgər sağlamlığa ziyan dəyibsə bu hallarda uəlillik müəyyən edilir. Belə olan halda şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər. Oranın Tibbi Sosial Ekspertiza müayinəsi var. Həmin müayinədən keçməklə vətəndaş xəstəliklər siyahısına düşürsə, əlilliyi varsa o halda ona pensiya təyin edilə bilər. Əgər şikayətçi haqsızlıqla qarşılandığını düşünürsə xəstəliyinə dair sənədləri yığaraq məhkəməyə müraciət edərək öz pozulmuş hüquqlarını bərpa edə bilər. Belə olan halda inzibati məhkəməyə müraciət etməklə əlilliyinin təyin edilməsi məsələsinə diqqət çəkə bilər” deyə hüquqşünas bildirib.

P.S. Mövzunu davam etdirəcəyik..

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see254

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see209

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see148

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see137

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see124

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri