Icma.az
close
up
RU
Media Agentliyinin mətbuat üzərində “Damokl qılıncı” olacağını iddia edənlər yanıldı PƏRVİZ HƏŞİMLİ YAZIR

Media Agentliyinin mətbuat üzərində “Damokl qılıncı” olacağını iddia edənlər yanıldı PƏRVİZ HƏŞİMLİ YAZIR

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasının 5 ili tamam oldu.

Bu o dövrə təsadüf etdi ki, artıq Azərbaycanda çap mediası öz yerini onlayn mediaya verirdi.

Belə bir keçid məqamında MEDİA-nın tamamilə fərqli bir formada ortaya çıxması labüd idi. Artıq ölkənin milli media quruluşları müasir tendensiyalarla ayaqlaşmalı, yeni çağırışlara uyğun formata keçməsi zərurətə çevrilmişdi. Bu mənada MEDİA ötən beş il ərzində bir sıra uğurlara imza ata bildi.

MEDİA-nın 5 illik fəaliyyətində təqdir olunmalı ən ciddi məqam cəmiyyətin mediaya etimadının artması oldu.

“Media haqqında” yeni qanununun qəbulu prosesi ilə bu sahədə fərqli və ciddi düzən yaranmış oldu. İnformasiya sahəsində bir durulma, aydınlaşma başladı. Bir çox məsələlərə aydınlıq gətirildi.

Artıq “reket mətbuatı” anlayışı tədricən gündəmdən çıxmağa başladı. Açığı, əvvəllər bu qanunun parlamentdə müzakirəsi zamanı həm cəmiyyətdə, həm də beynəlxalq qurumlarda narahatlıq var idi ki, Azərbaycanda media mühiti daraldılır, jurnalistlərin fəaliyyətinə maneələr artır. Xüsusən, yeni qanunun tələblərinə görə media subyektlərinin qeydiyyata alınmasından, reyestrdən ciddi narahatlıqlar var idi.

O zaman belə bir qorxu var idi ki, hökumət müstəqil və tənqidi medianı reyestrə daxil etməyəcək, onlara problem yaradılacaq, amma prosesin ilk mərhələsində hökumətin əsas tənqidçisi kimi tanınan “Turan” informasiya  agentliyi reyestrə daxil edildi.

Azərbaycanda insan haqları mövzularını prioritet hesab edən elə Gununsesi.info ilə də bağlı problem olacağını düşünürdük.

Yaxşı ki sonrakı proseslərdə konker olaraq, MEDİA tərəfindən fəaliyyətimizə qarşı hər hansı təzyiq görmədik. Düzdür, belə təzyiqlərdən yaxa qurtara bilmədik, amma bu təzyiqlər MEDİA-dan deyil, ayrı-ayrı dövlət qurumlarından gəlir.

Hətta maliyyələşmə ilə bağlı qrant müsabiqələrində müsbət cavablar almağımız bir sıra beynəlxalq qurumlarda, Bakıdakı Avropa səfirliklərində də təəccüblə qarşılanmışdı. Avropalı diplomatlarla hər görüşümüzdə “nə əcəb, sizə də qrant verildi“, yaxud, “bundan sonra sizin insan haqları ilə bağlı yazılarınıza qadağa qoyulmur ki?” kimi sualları çox eşitdik.

Təbii ki, Azərbaycanda birmənalı şəkildə iddia etmək olmaz ki, tam azad media var. Belə olsaydı, mediamız özünü çox xoşbəxt hiss edərdi. Belə olsaydı, biz həbsdəki çoxsaylı jurnalistlər sarıdan narahatlıq keçirməzdik. Bu məsələ bütün vicdanlı insanları narahat edir və biz belə hesab edirik ki, ölkədə jurnalist həbslərində problemin bir ucu da, məhkəmə-hüquq sistemi ilə bağlıdır və bu sahədə islahatlara çox ciddi ehtiyac vardır.

Pərviz Həşimli

Gununsesi.info portalının baş redaktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri