Icma.az
close
up
RU
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 13 iyun, AZƏRTAC

“SpaceX” şirkətinin səhmlərinin ilkin kütləvi təklifi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olan amerikalı sahibkar İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazım olar.

AZƏRTAC xəbər verir ki, bu, “New York” jurnalında yazılmış məqalədə öz əksini tapıb. Bu nəhəng rəqəmin miqyasını izah etmək üçün jurnal qeyd edib ki, Mask trilyon dollar əsginası saniyədə bir əsginas olmaqla fasiləsiz saymağa başlasa, bu proses təxminən 31 min 700 il çəkər. Həmçinin bu əsginaslar bir-birinin üzərinə yığılsaydı, təxminən 67 min 866 mil hündürlüyündə bir qüllə əmələ gətirərdi. Bu pullarla 450-dən çox olimpiya üzgüçülük hovuzunu doldurmaq olar.

Əgər bir trilyon dollar ABŞ-dakı təxminən 128 milyon ailə arasında bölüşdürülərsə, hər ailəyə təxminən 7800 dollar düşərdi. Bu isə hər nəfərə təxminən 3000 dollara yaxın məbləğ deməkdir.

“9i Capital Group” şirkətinin baş icraçı direktoru Kevin Tompson deyib ki, insanların əksəriyyəti bir trilyon dolların miqyasını dərk etmir. Belə ki, xalis sərvət nağd pul likvidliyindən fərqlidir. Xalis sərvət sahibinə aktivlərini qoruyaraq, eyni zamanda, böyük həcmdə borc alma və investisiya əldə etmək imkanı verir.

Bir trilyon dollar həcmində sərvət bir çox ölkənin illik ÜDM-nə bərabərdir. Bu da o deməkdir ki, Elon Mask artıq orta ölçülü milli iqtisadiyyatlara bərabər maliyyə gücünə sahibdir. Məsələn, bu sərvət İsveçrə kimi ölkələrin illik ümumi daxili məhsuluna (təxminən 970 milyard dollar) yaxındır. Onun sərvəti, həmçinin təxminən 1, 2 trilyon dollar həcmdə iqtisadiyyata malik Niderland iqtisadiyyatına da yaxınlaşır.

Bununla yanaşı, jurnal əlavə edib ki, Elon Maskın sərvətinin böyük hissəsi nağd pul şəklində bank hesablarında olan vəsait deyil, “Tesla” və “SpaceX” kimi şirkətlərdəki səhmlərinə bağlıdır. Bundan əlavə, səhmlərin kütləvi şəkildə dərhal satılmasına mane olan birja və IPO məhdudiyyətləri səbəbindən, o, böyük miqdarda səhmı bir anda nağd pula çevirə bilməz. Bu da o deməkdir ki, göstərilən rəqəm onun mövcud likvid pul vəsaitindən daha çox, sahib olduğu aktivlərin bazar dəyərini əks etdirir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri