Icma.az
close
up
RU
Media nümayəndələrinin iştirakı ilə Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə adlı tədbir keçirilib

Media nümayəndələrinin iştirakı ilə Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə adlı tədbir keçirilib

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətlə iyulun 21-də "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib.


Tədbirdə mədəniyyət naziri Adil Kərimli və ölkəmizdə fəaliyyət göstərən bir sıra media orqanlarının təmsilçiləri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mediamıza diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.


Tədbirdə açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Azərbaycan mətbuatının inkişaf yoluna nəzər salan nazir qeyd edib ki, böyük maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin səyləri ilə 150 il öncə nəşrə başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın inkişafında müstəsna rol oynayıb. Ötən dövr ərzində mətbuatımız mədəniyyətimizlə birgə yol gəlib, onun üçün əsas təbliğat vasitələrindən olub.


Bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mətbuatımızın inkişafına yüksək diqqət və qayğı göstərib. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də kütləvi informasiya vasitələrimizi daim öz qayğısı ilə əhatə edib. Media qurumlarının maddi-texniki təchizatı möhkəmləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Dövlət başçısı tərəfindən milli mətbuatımızın 150 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanması da mətbuat salnaməmizə yüksək diqqətin təzahürüdür.


Nazir deyib ki, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi zamanı və sonrakı mərhələdə Azərbaycan mediası üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib. Bu, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Bildirilib ki, media qurumları hazırda mədəniyyətimizin təbliğində mühüm rol oynayır: "Qədim və zəngin mədəniyyətimizin geniş auditoriyaya çatdırılmasında media və mətbuatımızın fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, kütləvi informasiya vasitələri bundan sonra da mədəniyyətimizin inkişafını diqqətdə saxlayacaq".
Adil Kərimli çıxışının sonunda media təmsilçilərini Milli Mətbuat Günü Münasibətilə bir daha təbrik edib, cansağlığı, ailə səadəti və yaradıcılıq uğurları arzulayıb. Daha sonra tədbir viktorina şəklində davam edib. Media nümayəndələri və tədbir iştirakçıları komanda olaraq, eləcə də fərdi şəkildə sualları cavablandırıblar. Qaliblərə hədiyyələr təqdim olunub.

Sonda Beynəlxalq Muğam Mərkəzi nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifasında konsert proqramı təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 İyul 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see357

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see254

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see216

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see182

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see145

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see142

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see127

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see125

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see124

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see123

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see122

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see120

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see118

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see116

Futbolçunu təhqir etdi, bir il azadlıqdan məhrum olundu

04 Sentyabr 2025 08:40see115

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri