Icma.az
close
up
RU
Mehdibadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... Şok təfərrüat

Mehdibadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... Şok təfərrüat

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Abşeron rayonunda 1979-cu il təvəllüdlü Rəhim qonşusunun azyaşlı qızı Səbinəyə (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

Rəhim fərdi yaşayış evinin həyətində cinsi ehtirasını ödəmək məqsədi ilə qonşuluqda yaşayan 2014-cü il təvəllüdlü Səbinənin köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli iyrənc hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Rəhimin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

“Cücələri yemlədim, işlərimi gördüm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, işdən evə gəlib, həyat yoldaşının qardaşıgildə yas olduğu üçün ailə üzvlərini oraya yola salıb, özü isə evdə qalıb:

“Həyətdə cücə saxlayıram, balaca itim var. Toyuqlar yerində olmadığı üçün çölə çıxaraq gəzdim. Toyuqları soruşdum, qonşular buralarda olduğunu bildirdilər. Həyətə qayıdıb cücələri yemlədim, içəri keçib yeməyimi yedim. Qapının döyüləndə çölə çıxdım, uşaqlar toyuqların qapımızın ağzında olduğunu bildirdilər. Onlara toyuqları qovalayaraq içəri salmalarını dedim.

İki bacı Səbinə və Könül toyuqları içəri salarkən mənimlə birlikdə həyətə daxil oldular. Ardınca məndən itin yerini soruşdular, iti oynatmağı xahiş etdilər. Onların əlində kolbasa-çörək vardı. İti oynatmaq üçün bacılara verdim, özüm içəri keçərək cücələri yemlədim, işlərimi gördüm”.

“Əri gələcəyini dedi”

Təqsirləndirilən şəxs qeyd edib ki, cücə damından çıxdıqdan sonra Səbinənin üzünün toz-torpağa bulaşdığını görüb: “İtlə oynayanda üzünü bulaşdırmışdı. Mən də sol qolumla Səbinənin başını qaldırdım, sağ qolumla üzünü sildim. Həmin vaxt bacısı yanında idi, qapı da açığıydı.

Qapı açıq olduğu üçün çöldən içəri görsənirdi. Mən ittiham olunduğum əməli etmiş olsaydım, camaatın gözü qarşısında yox, arxada, gizlin bir yerdə belə şey edərdim.

Uşaqlar getdikdən sonra, üstündən təxminən yarım saat keçdi. Anaları gəldi və uşaqlarına nə etdiyimi soruşdu. Mən iheç nə etmədiyimi dedim. Qonşu “yox, uşaqarıma nəsə etmisən” dedi. Mən də israrla uşaqlarına qarşı hansısa pis hərəkət etmədiyimi söylədim.

Daha sonra Səbinəgilin anası mənə əri Lətifin gələcəyini dedi”.

“Mənə bıçaqla xəsarət yetirmək istədi”

Rəhimin ifadəsinə görə, bir neçə saat sonra artıq hava qaralanda qapı döyülməyə, təpiklənməyə başlanıb: “Lətifgil qapını sındıraraq içəri keçdilər. Lətif uşağa nə etdiyimi soruşdu. Mən də heç nə etmədiyimi dedim. Üç nəfər üstümə düşüb məni vurmağa başladı. Əvvəl çöldə, sonra da evin içərisində vurdular. Məni döyüb getdilər. Hətta Lətifin dostu mənə bıçaqla xəsarət yetirmək istədi, ancaq buna imkan vermədilər”.

Təqsirləndirilən şəxs bildirib ki, təqribən 2-3 ildir Lətifgillə qonşudur, Lətifin ailəsi bu ərazidə daha əvvəldən yaşayıblar: “Onların evi ilə mənim evim yan-yanadır, qapı qonşusuyuq. Aramızda əvvəllər hansısa ədavət və ya düşmənçilik olmayıb. Ailəvi gediş-gəlişimiz də olmayıb. Amma Səbinəgil mənim uşaqlarımla həyətimdə də, küçədə də oynayıblar”.

Rəhim qeyd edib ki, uşaqların anası getdikdən təxminən bir saat sonra uşaqların atası Lətif, sonuncunun dostu və bacısı oğlu gəlib: “Lətifgil uşağa “əxlaqsız” hərəkət edib-etmədiyimi soruşdu. Mən də uşaqların valideynlərinin dediklərini inkar edərək onlara heç nə etmədiyimi bildirdim. Bu zaman üçü də üzərimə cumaraq mənə xəsarət yetirməyə başladılar.

Mən Lətifgildən hansısa üzrxahlıq istəməmişəm. Təxminən yarım saat Lətifgil tərəfindən döyülmüşəm. Həmçinin döyülən zaman mənə qarşı əxlaqsız məzmunda hərəkətlər edilib. Döyüldüyüm gün sözügedən xüsusatla bağlı polisə şikayət etmişəm. Qarşı tərəfin məni şərləmək səbəbini bilməmişəm. Ailə üzvlərim evə ayın 12-si səhər saatlarında qayıtdı”.

“Uşaqlarına nə etdiyimi soruşdu”

Təqsirləndirilən şəxs bildirib ki, uşaqları evə dəvət etməyib, onlara oyuncaq, şirniyyat və digər əşylar verməyib: ”Səbinənin ağzını qapının yanında siləndə qapı açıq, Könül çöldə, Səbinə isə içəridə olub. Könülün nə üçün bayıra çıxdığını bilməmişəm.

Məni Lətif, onun dostu və bacısı oğlu birlikdə bellə döyüb, qarın boşluğum, baş və sifət nahiyələrimə xəsarət yetiriblər. Məni əvvəl çöldə, sonra da içəridə döyüblər. Həyətin qapısı taxta olduğu üçün qapı bağlandıqdan sonra həyətin içərisinin taxtaların arasından görünür.

Qızın anası Sevil mənim yanıma gələndə ittihamda göstərilən konkret hərəkəti edib-etmədiyimi soruşmadı, uşaqlarına nə etdiyimi soruşdu. Lətif də mənə sual verəndə konkret olaraq ittiham aktında göstərilən hərəkəti edib-etmədiyimi soruşmadı. Məndən uşağa nə edildiyi soruşuldu. Mən isə heç bir şey etmədiyimi bildirmişəm.

Lətifgil qapıma gələndə nəyəsə peşman olduğumu bildirməmişəm. Lətifgilə yalvarmamışam, “bir səhvdir etmişəm” deməmişəm”.

“Döyüldüyümü bildirdim”

Rəhim bildirib ki, döyüləndən sonra Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə şikayət edib, uşaqla bağlı döyüldüyünü bildirib: “Müstəntiq evimə hadisədən bir ay on gün sonra gəldi və müstəntiqin nə üçün belə gec gəldiyini bilmədim.

Müstəntiq evə gələndə artıq qan izləri qalmamışdı. Təkcə divardakı qan izi bilinirdi. Evdə balaca uşaqlar olduğu üçün qan izləri evdə saxlamamışam, təmizlənib. Mənim paltarım təqribən hadisədən 15 gün sonra götürülüb. Həmin vaxt ərzində üzərimdə qan izləri olduğu üçün paltarım yuyulub və paltarı müstəntiqə təqdim edən zaman paltarın yuyulduğunu müstəntiqə bildirmişəm”.

“Hadisəni anama danışdım”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, o, həyətdə bacısı Könüllə oynayan zaman qonşuları Rəhimin toyuğu itib:

“Bacımla birlikdə Rəhimin toyuğunu tapdım, toyuğu qonşunun həyətinə aparmaq üçün oraya getdim. Toyuğu hinə saldıq. Daha sonra bacım çölə çıxdı, mən isə Rəhimgilin həyətində tək qaldım.

Rəhim mənə “gözlərini yum” dediyi üçün gözlərimi yumdum. Daha sonra isə qonşu ağzıma bir şey apardı. Gözlərimi açdıqda Rəhimin əynindəki şalvarın qabağının açıq olduğunu gördüm. Mən tez evə getdim və baş verən hadisəni olduğu kimi anama danışdım”.

“Anam mağazada yox, evdəydi”

Zərərçəkmiş azyaşlı ifadəsində hadisə vaxtı kolbasa çörək yemədiyini, qonşunun həyətində it olmadığını və itlə oynamadığını bildirib: “Hadisə vaxtı anam mağazada yox, evdə olub. Anam mənə kolbasa çörək verməyib. Hadisə qonşunun həyətində darvazaya yaxın yerdə baş verib. Darvaza ilə bizim aramızda təxmini 2 addım məsafə var.

Birinci çölə bacım çıxdı, mən kömək üçün həyətdə qaldım. Rəhim məni evin içərisinə dəvət etmədi, mənə oyuncaq vermədi və başqa bir şey təklif etmədi.

Anama bu hadisəni yemək süfrəsində oturduğumuz vaxt özüm demişəm. Hadisədən sonra çölə çıxıb həyətdə oynamamışam”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Rəhim 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 29 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri