Icma.az
close
up
RU
Mehdiyev işində ŞOK Qarabağ detalı: Hansı nazirlərlə əlbir olub? SİYAHI

Mehdiyev işində ŞOK Qarabağ detalı: Hansı nazirlərlə əlbir olub? SİYAHI

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Prezident Administrasiyasının sabiq rəhbəri, Təhlükəsizlik Şurasının üzvü Ramiz Mehdiyevin hakimiyyəti ələ keçirməyə yönəlik əməlləri ilə bağlı açıqlanan detallar ölkədə rezonans doğurub.

Məlumata görə, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etmək üçün plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Moskvaya təklif edib. Plana əsasən, hakimiyyətin zorla ələ keçirilməsindən sonra Mehdiyevin rəhbərliyi altında Dövlət Şurası formatında mexanizm yaradılacaqmış. Hətta bu qurumda təmsil olunacaq şəxslərin məlumatları da Rusiya ilə paylaşılıb, yəni belə demək mümkünsə, Mehdiyev öz “kabinetini” formalaşdırıb.

Sözügedən siyahıda kimlərin adı ola bilər?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ramiz Mehdiyevin işi üzrə aparılan tədqiqat dar çərçivə ilə məhdudlaşmayacaq:

“Artıq istintaqın ilkin mərhələsində yayılan məlumatlar onu göstərir ki, 87 yaşlı bu şəxs hakimiyyətdən kənarlaşdırılsa da, ona lazımından çox ehtiram, hörmət göstərilib. Hətta təqaüdə göndərilsə belə, iddialarından əl çəkməyib. Yaşına rəğmən dövlət işlərinə qarışıb, idarə etmək niyyətində olub. Ötən ilin 25 dekabrında AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra Azərbaycanla Rusiya arasındakı yaranan gərginlikdən faydalanaraq Moskvaya növbəti dəfə öz xidmətini təqdim etməyə çalışıb.

Azərbaycan cəmiyyəti onsuz da bilirdi ki, Rusiyanın ölkəmizdə 5-ci kolonun əsas aparıcı şəxsi Ramiz Mehdiyevdir. Hakimiyyətdə uzun müddət təmsil edilmək, bir çox dövlət strukturlarına xeyli sayda adam yerləşdirmək və biznes imperiyası qurmaqla dövləti idarə etməyə cəhd göstərib.Məhz onun hakimiyyətdə təmsil edildiyi dövrdə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə bağlı problemlər mövcud olub. Eyni zamanda ordu rəhbərliyində Ramiz Mehdiyevlə əlaqəli, Rusiyaya yaxın çox sayda hərbçi bu prosesə əngəl yaradırdılar”.


Oqtay Qasımov

Politoloq bildirib ki, Ramiz Mehdiyevin siyahısında kimlərin olmasına dair müxtəlif təxminlər var:

“Bizim də fərqli versiyalarımız var, amma hansısa şəxsin adını istintaq araşdırması olmadan çəkməyi doğru hesab etmirəm. Müxtəlif versiyalar mövcuddur. Məsələn,  Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və sabiq səhiyyə naziri Əli İnsanov kimi şəxslərin adları bu məsələdə hallansa da, nəzərə almaq lazımdır ki, “günahsızlıq prezumpsiyası” prinsipi mövcuddur. Həqiqətən də müxtəlif adların hallandırılması istintaqın gedişinə müəyyən kölgə sala bilər. Bu məsələyə yalnız adı çəkilən şəxslərlə deyil, daha geniş spektrdə baxmaq lazımdır. Keçmiş nazirlər, deputatlar, bu gün belə vəzifədə olan bir çox şəxslər ola bilər. Yenə də bu sualların dəqiq cavabı istintaq nəticəsində müəyyən ediləcək”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri