Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə hərəkət məhdudlaşdırılacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 11-i saat 08:00-dan oktyabrın 12-si saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə hərəkət məhdudlaşdırılacaq
06 Oktyabr 2025 17:49
“Pezeşkianda Şeyx Xiyabani və Səttər Xanın xromosomları yoxdur”
28 Avqust 2025 15:32
Tarix kimin yanında idi? Səttarxan, Xiyabani, yoxsa Pişəvəri?
30 Sentyabr 2025 11:50
Səttarxan, Xiyabani, yoxsa Pişəvəri: Tarix kimin yanında idi? ARAŞDIRMA
26 Sentyabr 2025 12:40

