Icma.az
close
up
RU
Məhkəmə qalmaqallı sahibkara qadağa qoydu, amma… Ataşovanı hədələyən Vüsal Həsənov cəzalandırılacaqmı?

Məhkəmə qalmaqallı sahibkara qadağa qoydu, amma… Ataşovanı hədələyən Vüsal Həsənov cəzalandırılacaqmı?

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Amerikada yaşayan tanınmış jurnalist Qənirə Ataşovanın Azərbaycanda saxta plastik cərrahiyyə ilə bağlı apardığı araşdırmaları bu sahədə ölkədə təsəvvüredilməz faktlar ortaya çıxardı.

Belə ki, həmin araşdırmalar zamanı heç bir tibbi təhsili olmayan, yaxud başqa sahənin həkimi olsa da, sonradan bu sahə ilə məşğul olan “həkimlərin” əməliyyat etdiyi xəstələrin özləri də dəhşətli faktlar açıqladı.

Məlum oldu ki, sən demə, bu əməliyyatlar zamanı dünyasını dəyişən şəxslər də var imiş.

O cümlədən ölməsə də, sağlamlığını itirərək əlil olan şəxslər də günümüzün reallığıdır.

Məhz bu araşdırmalardan sonra Səhiyyə Nazirliyi və müvafiq qurumlar bir sıra addımlar həyata keçirsə də, bu cür “həkimlərin” fəaliyyəti hələ də davam edir. Üstəlik, indi Azərbaycanda plastik cərrahiyyə ilə məşğul olan şəxslərin siyahısı da aşkardır.

Bəs onda bu adamlar yenidən necə davam edə bilirlər? Bunların ağır cəzaları hanı? Bu cəlladlar, qəssablar kimə arxayın olur?

Gəlin, bir məsələyə nəzər salaq.

Qənirə Ataşovanın sözügedən araşdırması zamanı” VMR qrup”un sahibi Vüsal Həsənovun da barəsində çoxsaylı faktlar üzə çıxdı.

Ancaq heç nədən və heç kimdən qorxusu olmayan, bütün bu olanlardan  nəticə çıxartmaq əvəzinə daha da “qızışan” Vüsal Həsənov, onun haqqında faktları yayan jurnalist Qənirə Ataşovaya və həyatda olmayan valideynlərinə, hətta azyaşlı uşaqlarına belə sosial şəbəkələrdə təhqirlər yağdırmaqdan da çəkinmədi.

Bəs Vüsal Həsənov bundan əvvəl kimdir? 

Qənirə Ataşovanın araşdırması zamanı bəlli olub ki, Vüsal Həsənov 13.05.2004-cü il – Bakı Suraxanı RPİ tərəfindən dələduzluq işi üzrə məhkumluq həyatı yaşayıb.

Bundan sonra onun cinayət ardıcıllığı belə davam edir:

16.10.2004-cü il – Mingəçevir Məhkəməsinin qərarı ilə dələduzluq,

30.09.2005-ci il – Apellyasiya Məhkəməsinin qərarı ilə dələduzluq,

11.11.2007-ci il – Yasamal RPİ tərəfindən xuliqanlıq faktı üzrə məhkumluq.

Bəli, bütün bu məhkumluqlar Vüsal Həsənova məxsusdur.

Ataşova yazır ki, onun rəsmi lisenziya olmadan klinika fəaliyyəti göstərdiyi və qeyri-rəsmi münasibətdə olduğu Gülsüm Əliyevanın isə həkimlik təhsili olmadan insanlara cərrahi əməliyyatlar apardığı müəyyən edilib.

Cəmiyyət, ölkənin səhiyyə sistemi üçün əhəmiyyətli olan bu ağır ifşalar Vüsal Həsənovun təhqirlərə keçməsinə səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, özünü, azyaşlı uşaqlarını və dünyada olmayan valideynlərini təhqir etdiyi üçün Qənirə Ataşova Vüsal Həsənov barəsində məhkəmədə iddia da qaldırıb.

Məhkəmənin qərarına görə, Vüsal Həsənova sosial şəbəkələrdə və digər ictimai çıxışlarda Qənirə Ataşova haqqında çıxışları qadağan edilib.

Məhkəmə qərarında yazılır:

Lakin heç buna da baxmayaraq, məhkəmə qərarından cəmi bir neçə gün sonra yenidən Vüsal Həsəovun “Tiktok”-da VMR qrupa məxsus olan hesabdan jurnalist haqqında ağır ittihamlar səsləndirib.

Bu ittihamların bəziləri isə ağlasığmazdır.

Belə ki, Vüsal Həsənov Qənirə Ataşovanı terrorda, terror təşkilatına üzv olmaqda günahlandırır. 

Onun bu ağır ittihamı jurnalist həmkarımız üçün növbəti məhkəmə predmeti olmalıdır.

Şəxsi terrorçuluqda ittiham etmək, əlbəttə, ağır cinayətdir.

İndi isə sual olunur:

Araşdırmaçı-jurnalistə təhqirlər yağdırandan sonra, məhkəmə qərarını da “vecə” almayıb yenidən daha ağır ittihamlar etməyin adı nədir?

Mesaj budurmu: “Kim olursan ol, nə edirsən et, mənə “bata” bilmərsən!”?

Vüsal Həsənov Azərbaycanda məhkəmədən də çəkinmirsə, kimdən çəkinir?

Görəsən, Vüsal Həsənov niyə bu qədər arxayındır?

Bütün bunlardan əlavə, Vüsal Həsənov nəinki araşdırmaçı-jurnalistlə bu cür danışmaqdan və Azərbaycan məhkəməsinin qərarından qorxmur, o, hətta Qənirə Ataşovanın ortaya qoyduğu faktları dərc edən media qurumlarını və onların əməkdaşlarını da təhqir etməkdən çəkinmir.

Görəsən, bu ürək, cahil cəsarət haradan qaynaqlanır?

Deyəsən, vüsal Həsənov özünü Avropada oturub söyüş söyən bəzi mühacirlər kimi hiss edir. Elə düşünür ki, o da onlar kimi əlçatmazdır və həbs edilməsi mümkünsüdür.

Amma bəlkə də, artıq dələduzluqla dəfələrlə məhlum edilən  bir şəxs üçün zindan doğma diyardır.

Yerigəlmişkən, Vüsal Həsənov Qənirə Ataşovanın araşdırmalarını dərc edən media qurumlarını və onların əməkdaşlarını da hədələyir, təhqir edir.

Gununsesi.info olaraq, hesab edirik ki, bütün müstəqil media quruluşları həmkarımız dəstək olmalı, onun yanında öz həmrəyliyini göstərməlidir.

Elmar Elnuroğlu 

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 May 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri