Icma.az
close
up
RU
Məişət texnikası və psixoloji paradoks: rahatlıq, yoxsa tənbəllik?

Məişət texnikası və psixoloji paradoks: rahatlıq, yoxsa tənbəllik?

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahanə MÜŞFİQ

Bir neçə gün əvvəl sosial şəbəkədə qarşıma çıxan bir foto məni xeyli düşündürdü. Türkiyədə boşanmış bir kişi mətbəxinin şəklini çəkib keçmiş həyat yoldaşına göndərmiş və yazmışdı: “Elə bilirdin, sənsiz ev-yurd dağılacaq? Bax, mətbəx tərtəmizdir, zatən hər şeyi texnika edirmiş”. Bir tərəfdən gülməli, bir tərəfdən acı bir mesaj. Həm də indiki dövrün dilemmasını əla ifadə edir: texnika doğrudanmı insanı, münasibətləri, paylaşımı əvəz edə bilər?

Doğrudur, məişət texnikasının həyatımıza gətirdiyi rahatlıq danılmazdır. Qabyuyan maşın qabları, paltaryuyan maşın paltarları, tozsoran evin künc- bucağını təmizləyir, hava təmizləyicisi nəfəsimizi belə “filtrləyir”. Belə baxanda adam düşünür: bəlkə də biz artıq ev işləri görmürük, ev işləri bizi idarə edir. Çünki hər şeyi “bir düymə” ilə həll etmək o qədər rahatdır ki, insan bir az da özünü texnikanın köləsi kimi hiss edir Hətta indi robot süpürgələr uşaqlarla “dostluq” edir – evin balaca sakinləri onu minik maşını kimi minməyə çalışır, bəzən də pişiklər üstündə gəzib “kosmos turları” edirlər. Belə baxanda, texnika bizə yalnız rahatlıq yox, hətta gündəlik həyatın “komediyasını” da bəxş edir.

İşin psixoloji tərəfi isə başqadır. “Sənsiz də yaşaya bilərəm” cümləsi bir üsyan ola bilər, amma “sənsiz həyat mənim üçün eyni dərəcədə mənalıdır” demək deyil. “Mətbəx tərtəmizdir” deyən həmin kişi əslində qarşısındakını qıcıqlandırmaq məqsədi ilə “sən lazım deyildin” mesajını ötürməyə çalışır. Halbuki məsələnin məğzi elə buradadır: texnika qabı yuyar, amma isti çay süfrəsini, birgə söhbəti, yeməyin “ana əli dəymiş” dadını verə bilməz. İnsan münasibətini paltaryuyana yükləmək nə qədər realdırsa, tozsoranla xoşbəxtlik süpürmək də bir o qədər mümkündür.
Amma məsələ bununla bitmir. Texnologiya həyatımızı asanlaşdırsa da, bəzən bizi bir az da tənbəlləşdirir. Əvvəllər yemək bişirmək, süfrə açmaq, ev süpürmək, qab yumaq ailə içində birgə görülən işlər idi. Bu sadə məişət məşğuliyyətləri ailə bağlarını gücləndirirdi. İndi isə bir düymə basmaqla hər şey həll olur. Nəticədə, həm kollektiv əmək, həm də o əməkdən doğan ünsiyyət azalır. Məsələn, “qabı sən yuyacaqsan, yoxsa mən?” sualı kiçik ailə mübahisələrinin “klassikası” idi. İndi bu sual tarixə qarışıb, amma onun yerini başqa bir soyuqluq alıb. Çünki maşın işi görür, insanlar isə bir-birinə daha az toxunur.

Ən maraqlısı odur ki, texnika insana saxta “nailiyyət hissi” bəxş edir. Bir nəfər tozsoranı işə salır, televizorun pultunu götürüb kresloda oturur və düşünür: “Evi təmizlədim”. Halbuki nə əlinə süpürgə götürüb tərləyib, nə də o zəhmətin verdiyi daxili rahatlığı hiss edib. Texnika sadəcə təmizliyi yox, zəhmətin yaratdığı emosional yükü də əlimizdən alır.

Bir də çayın məsələsi var. Texnologiya burada da işimizi asanlaşdırıb: elektrikli çaydan, kapsul qəhvə aparatları... Amma etiraf edək ki, samovarın yanında çayın dəmlənməsini gözləməyin, ya da dəmli çay süfrəsində uzanan söhbətin dadını heç bir “elektrikli rahatlıq” vermir. Robot çaynik suyu qaynadacaq, amma söhbəti, zarafatı, çayın üstündə qurulan səmimiyyəti gətirməyəcək.

Ona görə də həmin kişinin paylaşdığı foto əslində “qələbə” nümayişi deyil. Bu, əslində, qlobal bir sualdır: texnika doğrudanmı həyat yoldaşını, ailə münasibətlərini əvəz edə bilər? Məncə, yox. Çünki ev təkcə təmiz mətbəx deyil. Ev həm də bişən yeməyin qoxusu, əl ilə yuyulan stəkanın şüşədə qoyduğu sabun izi, süfrə arxasında bölüşülən gündəlik söhbətlərdir.

Məişət texnikası həyatımızı asanlaşdırır, vaxt qazandırır. Amma biz o vaxtı nəyə sərf edirik? Əgər qazanılan boş saatları telefona, sosial şəbəkəyə həsr ediriksə, bu, artıq rahatlıq deyil, tənbəlliyin yeni formasıdır. Əsl balans odur ki, texnika bizə işimizi görsün, biz isə boşalan vaxtımızı insani münasibətlərə, ünsiyyətə, öz inkişafımıza sərf edək.

Unutmayaq: ev yalnız texnika ilə deyil, insanın nəfəsi, səsi, sevgisi ilə isti qalır. Qablar qabyuyanda təmizlənə bilər, amma münasibətlər üçün “təmir düyməsi” hələ kəşf olunmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri