MEK “Açıq qapı” günlərinə həsr olunmuş videoçarx hazırlayıb
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) hər ayın ilk iki iş günündə təşkil olunan ənənəvi “Açıq qapı” günlərinin həsr olunmuş videoçarx hazırlanıb.
Videoçarxda ziyarətçilərə “Açıq qapı” günləri çərçivəsində təqdim olunan imkanlar nümayiş etdirilir. Kitabsevərlər bu günlərdə MEK-in zəngin kitab fondu, müasir oxu zalları, elektron kataloq və digər xidmətləri ilə yaxından tanış ola, sərgiləri ziyarət edə, həmçinin kitabxananın müxtəlif fondları və şöbələri haqqında ətraflı məlumat əldə edə bilərlər.
Layihənin əsas məqsədi cəmiyyətdə mütaliə mədəniyyətini təşviq etmək, kitabxananın elmi informasiya resurslarının əlçatanlığını genişləndirmək və vətəndaşların MEK-in xidmətlərindən daha səmərəli istifadə etmələrinə şərait yaratmaqdır.
Qeyd edək ki, növbəti “Açıq qapı” günləri 1–2 iyul tarixlərində keçiriləcək. Bu günlərdə kitabxanaya giriş sərbəstdir. Ziyarətçilərdən kitabxanaya daxil olarkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur.
Tanıtım videoçarxı ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 30 İyun 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















