Icma.az
close
up
RU
“Məkkə Paktı” regionda yeni güc balansı yarada bilərmi? Politoloqdan açıqlama

“Məkkə Paktı” regionda yeni güc balansı yarada bilərmi? Politoloqdan açıqlama

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi Yaxın Şərqdə təhlükəsizlik arxitekturası və regionda mümkün yeni güc balansı ilə bağlı müzakirələri artırıb. Tərəflərdən birinə qarşı silahlı hücumun bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilməsini nəzərdə tutan sazişin hansı məqsədlərə xidmət etdiyi, xüsusilə İranla bağlı regional gərginlik fonunda gələcəkdə hansı nəticələrə səbəb ola biləcəyi diqqət çəkir.
Bəs bu sazişi regionda yeni güc balansının formalaşması baxımından necə qiymətləndirmək olar? “Məkkə Paktı”na gələcəkdə Azərbaycanın, daha sonra isə digər türk dövlətlərinin qoşulması mümkündürmü?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, “Məkkə sazişi” NATO-nun 5-ci maddəsi məntiqində tərtib edilibsə, bu, müdafiə paktıdır.
Onun sözlərinə görə, məsələn, hər hansı ölkə Səudiyyə Ərəbistanına hücum etməyi düşünürsə, artıq qarşısında yalnız Səudiyyəni deyil, Türkiyə və Pakistanın da potensial reaksiyasını nəzərə almalı olacaq. Eyni məntiq Türkiyə və Pakistan üçün də keçərlidir:
“Tərəflər sazişin İrana qarşı olmadığını deyirlər. Bununla belə, sazişin regionda İran ətrafında hərbi-siyasi gərginliyin artdığı bir vaxtda imzalanması suallar yaradır. İranın dəstəklədiyi proksi qüvvələrdən olan
Yəmən Husiləri son günlər Səudiyyə Ərəbistanına ardıcıl zərbələr endirir. Məsələn, Husilər öncə PUA-larla Səudiyyə Ərəbistanının Nəcran hava limanına zərbə endirib. Bundan başqa, neft tankerini ballistik raketlərlə vurublar. Bu, Husilərin iyulun 22-dən bəri hədəfə aldıqları səkkizinci neft tankeridir.
“Guardian” nəşri Səudiyyə Ərəbistanının Husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını, ölkənin Müdafiə Nazirliyinin isə Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəklədiyini açıqlayıb.
Əlbəttə, Husiləri İran dəstəkləsə də, bu, indiki məqamda “Məkkə sazişi” ölkələrinin İrana müdaxiləsi anlamına gəlmir. Lakin ABŞ-İran gərginliyi yenidən hərbi kontekstdə alovlanarsa və rəsmi Tehran ABŞ-ın regiondakı hərbi bazalarını yenidən hədəfə alarsa, Ankara-Ər-Riyad-İslamabad üçlüsünü İrana müdaxiləyə məcbur edə bilər.
Belə ki, İran NATO üzvlüyünü nəzərə alaraq Türkiyəyə zərbələr endirməsə də, Səudiyyə Ərəbistanına və Pakistana zərbələr endirə bilər. Bu isə faktiki olaraq “Məkkə sazişi” ölkələrinə hücum kimi qiymətləndirilərək İrana cavab zərbəsi və vəziyyətdən asılı olaraq müdaxilə imkanı yarada bilər.
“Məkkə sazişi” indiki məqamda üzv ölkələrə xarici təhdidlərə qarşı çəkindirmə məqsədi daşısa da, uzun perspektivdə riskləri özündə ehtiva edir. Çünki bu saziş hər şeydən əvvəl ABŞ-a İrana müdaxilə üçün dəstəkçi ölkələr qazandırır”.
Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Birgə Müdafiə Sazişi imzalanıb. Saziş tərəflər arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini, birgə çəkindirmə imkanlarının artırılmasını nəzərdə tutur. Sənədin əsas müddəalarından birinə əsasən, tərəflərdən hər hansı birinə qarşı silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.
Sazişin konkret olaraq hər hansı ölkəyə qarşı yönəlmədiyi və sırf müdafiə xarakteri daşıdığı bildirilib. Eyni zamanda, razılaşmanın mövcud ikitərəfli və çoxtərəfli təhlükəsizlik mexanizmlərini əvəz etmədiyi qeyd olunur. Türkiyə rəsmiləri sənədi kollektiv çəkindirmənin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndiriblər”, - deyə politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Avqust 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri