Icma.az
close
up
RU
Məktəb yoxsa rinq? Zorakılıq hadisələri buna görə artır

Məktəb yoxsa rinq? Zorakılıq hadisələri buna görə artır

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Məktəblərdə şagirdlər arasında baş verən zorakılıq hadisələri son illərdə daha çox müşahidə edilir və bu cəmiyyət üçün ciddi siqnaldır. Şagirdin sinif yoldaşını bıçaqlaması hadisəsi yalnız bir fərdi problem deyil, ümumi təhsil sistemində, ailədə və sosial mühitdəki problemlərin əks olunmasıdır. Bu cür hadisələrin səbəblərini araşdırmaq üçün bir neçə əsas faktora diqqət yetirmək lazımdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov məktəbdə zorakılıq hadisələrini şərh edərkən qeyd edib. Onun fikrincə, şagirdlərin zorakılığa meyilli olmasının əsas səbəblərindən biri ailədə və ya sosial mühitdə gördükləri şiddətdir:

"Uşaqlar ətrafda nə müşahidə edirlərsə, onu öyrənir və tətbiq edirlər. Əgər bir uşaq ailədə aqressiya və zorakılığa şahid olursa, bu onun üçün normal davranış modelinə çevrilir. Valideynlərin bir-biri ilə və ya övladları ilə sərgilədiyi münasibət onların gələcək davranışlarını müəyyən edir. Bundan başqa, məktəbdə müəllimlərin yanaşması, sinif mühitinin atmosferi və sosial münasibətlər də şagirdlərin psixologiyasına təsir edir. Əgər məktəbdə münaqişələrin həlli üçün doğru metodlar tətbiq olunmursa, şagirdlər öz problemlərini zorakılıq yolu ilə həll etməyə çalışırlar.

Son illərdə məktəblərdə baş verən zorakılıq halları artıb və bununla bağlı dəqiq statistika aparılmasa da, müxtəlif tədqiqatlar bu tendensiyanı təsdiqləyir. Ümumilikdə, dünya miqyasında məktəblərdə zorakılıq və şagirdlər arasında qarşıdurmaların 30 faiz civarında olduğu qeyd olunur. Ölkə daxilində isə sosial mediada və yerli mediada tez-tez məktəb daxili zorakılıq hallarına dair xəbərlər yayılır. Bu, təhsil sistemində ciddi dəyişikliklərə ehtiyac olduğunu göstərir".

Ekspert qeyd edib ki, məktəblərdə zorakılığın qarşısını almaq üçün bir neçə əsas tədbir görülməlidir.

"Dünyanın müxtəlif ölkələrində məktəblərdə zorakılığın qarşısını almaq üçün bir sıra proqramlar tətbiq edilir. Finlandiyada zorakılıqla mübarizə məqsədilə xüsusi metodlar işlənib hazırlanıb və burada əsas diqqət empatiya bacarıqlarının inkişafına yönəldilir. Kanada və ABŞ-da məktəblərdə psixoloji dəstək və davranışları tənzimləyən proqramlar tətbiq edilir. Bu ölkələrdə şagirdlərin psixoloji vəziyyətini izləyən xüsusi sosial işçilər fəaliyyət göstərir və məktəbdə zorakılıq halları dərhal araşdırılır. Bu yanaşmalar şagirdlərin daha sağlam və təhlükəsiz mühitdə təhsil almalarına imkan yaradır.

Əvvəla, məktəb daxilində nizam-intizam qaydaları yalnız cəza yönümlü olmamalı, eyni zamanda maarifləndirici və tərbiyəvi xarakter daşımalıdır. Müəllimlər şagirdlərlə daha çox psixoloji ünsiyyət qurmalı, onların emosional vəziyyətini dəyərləndirməlidirlər. Məktəblərdə psixoloq və sosial işçilərin sayı artırılmalı, bu sahəyə daha çox diqqət ayrılmalıdır. Valideynlərlə əməkdaşlıq gücləndirilməli, uşaqların psixoloji və sosial inkişafı diqqətdə saxlanılmalıdır.

Şagirdlərin məktəbə bıçaq və ya digər təhlükəli əşyalar gətirməsi onların özlərini müdafiə etmək ehtiyacı hiss etməsi, təsir altında qalması və ya sadəcə maraqdan irəli gələ bilər. Bunun qarşısını almaq üçün məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilməli, şagirdlərin məktəbə daxil olarkən üzərlərində təhlükəli əşyaların olub-olmaması yoxlanılmalıdır. Lakin bu cür yoxlamalar repressiv xarakter daşımamalı, şagirdlərin şəxsi azadlıqlarına hörmət çərçivəsində aparılmalıdır. Daha vacibi isə şagirdlərin zorakılığa ehtiyac duymayacaqları bir mühit yaratmaqdır. Əgər məktəbdə psixoloji dəstək sistemi qurularsa, şagirdlər öz problemlərini zorakılıqla deyil, sülh yolu ilə həll etməyi öyrənərlər. Bu cür hadisələrdə günahkarı yalnız bir tərəfdə axtarmaq düzgün olmazdı. Ailə, məktəb və cəmiyyətin ümumi təsiri nəzərə alınmalıdır. Valideynlər övladlarının psixoloji vəziyyətinə daha çox diqqət yetirməli, müəllimlər şagirdlərə təkcə akademik bilik verməklə kifayətlənməməli, eyni zamanda onların sosial və emosional inkişafına da töhfə verməlidir. Cəmiyyət isə zorakılığı təbliğ edən və normallaşdıran faktorlardan uzaq durmalı, uşaqların sağlam düşüncəli fərdlər kimi yetişməsinə şərait yaratmalıdır".

Kamran Əsədov məktəbin əsas missiyasının şagirdlərə bilik verməklə yanaşı, onların psixoloji və emosional rifahını da təmin etmək olduğunu vurğulayıb.

"Şagird məktəbə yalnız akademik bilik əldə etmək üçün deyil, eyni zamanda sosial bacarıqlar qazanmaq, ünsiyyət qurmaq, həyatı öyrənmək və gələcək cəmiyyətə hazırlanmaq üçün gəlir. Məktəb, yalnız sinif otaqlarında dərs keçilən yer deyil, həm də insanların şəxsiyyət kimi formalaşdığı, sosial qaydaları öyrəndiyi mühüm bir məkandır. Ona görə də məktəbin əsas missiyası şagirdlərə bilik verməklə yanaşı, onların psixoloji və emosional rifahını da təmin etməkdir. Əgər bu aspektlər diqqətdən kənarda qalarsa, məktəblər bilik verən, lakin şəxsiyyət yetişdirməyən bir instituta çevrilə bilər ki, bu da cəmiyyətin uzunmüddətli inkişafına mənfi təsir göstərər".

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Fevral 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri