Icma.az
close
up
RU
Məktəblərdə psixoloqların rolu artırılmalı, qrup terapiyaları keçirilməlidir AÇIQLAMA

Məktəblərdə psixoloqların rolu artırılmalı, qrup terapiyaları keçirilməlidir AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Son dövrlərdə yeniyetmələr arasında aqressiv davranışlara daha çox rast gəlinməsi cəmiyyət üçün narahatedici haldır. Yeniyetməlik dövrü özü uşaqlıqdan yetkinliyə keçid mərhələsidir".

Bu fikirləri Redaktor.az-a psixoloq Zeynəb Əyyubova yeniyetmələrin aqressiv davranışlarından danışarkən bildirdi.

Onun sözlərinə görə, bu dövrdə bədəndə, beyində və emosional sahədə baş verən dəyişikliklər, bir çox hallarda emosional balanssızlıqlara və aqressiyaya səbəb ola bilir:

"Yeniyetmələrdə aqressiyanın yaranmasının bir neçə əsas səbəbi var. Hormonal dəyişikliklər, bu dövrdə baş verən hormonal partlayışlar gənclərin emosiyalarını idarə etməsini çətinləşdirir. Bu səbəbdən qəzəb və aqressiya halları artır. Ailə mühiti, ailədə baş verən konfliktlər, valideynlər arasında anlaşmazlıqlar və ya aqressiv davranış modelləri uşaqlara da ötürülür. Əgər uşaq zorakılığa və ya psixoloji təzyiqə məruz qalırsa, bu, onun da aqressiv davranmasına səbəb ola bilər. Sosial təzyiqlər və məktəb mühiti, yeniyetmələr bu dövrdə həmyaşıdları tərəfindən qəbul olunmaq istəyirlər. Əgər özlərini sosial cəhətdən təcrid olunmuş, rədd edilmiş və ya təhqir olunmuş hiss edirlərsə, bu, onların özlərini qoruma mexanizmi kimi aqressiv davranmalarına səbəb ola bilər. Zəif emosional tənzimləmə bacarığı, uşaqlıqdan düzgün emosional bacarıqlar formalaşmayıbsa, yeniyetmə emosiyalarını necə ifadə etməyi bilmədiyindən onu aqressiya ilə göstərməyə başlayır. Rəqəmsal texnologiyaların təsiri, video oyunlarda, filmlərdə və sosial şəbəkələrdə tez-tez zorakı səhnələrə rast gəlinir. Yeniyetmələr zamanla bu davranışları normallaşdıra bilər və reallıqda da bu formada reaksiya verə bilərlər".

Psixoloq qeyd etdi ki, bu vəziyyətin aradan qaldırılması üçün sistemli və çoxsahəli yanaşmaya ehtiyac var.

"Valideynlərə övladları ilə necə sağlam və dəstəkləyici ünsiyyət qurmalı olduqları barədə maarifləndirici işlər aparılmalıdır. Valideynlər aqressiv davranış qarşısında cəza və ya qadağa ilə deyil, anlayışla və yönləndirmə ilə yanaşmalıdır.
Məktəblərdə psixoloqların rolu artırılmalı, yeniyetmələrlə müntəzəm fərdi və qrup terapiyaları keçirilməlidir. Emosional intellektin inkişafına yönəlik məşğələlər aparılmalıdır. Yeniyetmələrə öz emosiyalarını necə düzgün ifadə etmək, stres və qəzəbi necə idarə etmək barədə təlimlər verilməlidir. Özünüifadə bacarıqları inkişaf etdikcə, aqressiyanın azalması müşahidə olunur.
İdman, incəsənət, könüllülük kimi sahələrə cəlb olunan yeniyetmələr daha az aqressiv davranış nümayiş etdirirlər. Bu fəaliyyətlər onların özünüifadə imkanlarını artırır və psixoloji rahatlıq qazandırır. Bəzən aqressiyanın arxasında depressiya, özgüvənsizlik, travmatik hadisələr və ya şəxsiyyət pozuntuları ola bilər. Bu hallarda psixoloq və psixiatr yardımı mütləqdir", - deyə Z.Əyyubova bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 May 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri