Icma.az
close
up
RU
Məktəbləri menecerlər idarə etməlidir fikiri tamamilə fiaskoya uğradı Sabiq deputat

Məktəbləri menecerlər idarə etməlidir fikiri tamamilə fiaskoya uğradı Sabiq deputat

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bəzi məktəblilər təhsil müəssisəsinə bıçaqla gəlir. Şagird bıçağı evdən götürməyə də bilər, mağazaların hamısında açıq satılır".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Etibar Əliyev Bakıda 11-cu sinif şagirdləri arasında baş verən bıçaqlanma hadisəsindən danışarkən deyib. 

Etibar Əliyev bildirib ki, dərs ilinin başlanmasından iki aya yaxın vaxt keçməsinə baxmayaraq, bir neçə məktəbdə zorakılıq halları baş verib:

"Bəzi məktəblər nəzarətdən çıxıb. Məktəb idarəçilərinin əksəriyyəti pedaqoq deyil, işi bilmirlər. Direktor təyinatında hansısa əyri yollarla gəlib bu vəzifəyə çatıblar. Bu yaxınlarda məktəblərdə şagirdlərdən telefonların alınması ilə bağlı Elm və Təhsil Nazirliyindən təklif gəlmişdi. Onda bu məsələyə mənim də münasibətimi soruşmuşdular. Dedim ki, şagirdlərdən əvvəlcə bıçağı alın, sonra telefona keçin. Bu yaxınlarda rayonların birində də belə hadisə baş verdi, hadisə nəticəsində şagird məktəbdə öldü. Tərbiyə mürəkkəb dəyərdir".


Etibar Əliyev əlavə edib ki, məktəb direktorları təhsilə və tərbiyəyə cavabdehlik daşımırlar:

"Bu baxımdan tərbiyə komponenti, fiziki hazırlıq məktəbdən çıxıb. Biz bunu yüz dəfə demişik, heç bir ölçü götürülmür. Məktəblərdə nəzarətçilər var. "Məktəblinin dostu" layihəsi var ki, ona milyonlarla manat vəsait xərclənir. "Məktəblinin dostu" məktəbdəki davranışa, davamiyyətə, mühitə cavabdehlik daşıyır. Təəssüflər olsun, bu layihə heç bir effekt verməyib, amma milyonlarla manat pul xərclənir".

Etibar Əliyev məktəblərdə bir vəziyyətin yaranmasına təəssüf etdiyini qeyd edib:

"Məktəbləri menecerlər idarə etməlidir" fikiri tamamilə fiaskoya uğradı, burada şagird-müəllim, direktor-valideyn münasibəti, fərdi yanaşmalar var. Məktəblərin qarşısında dayananda şagirdlərin davranışına baxın, hamısı siqaret çəkir. Siqareti ki, evindən aparmır, köşklərdən alır".

Qeyd edək ki, Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib. hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb. Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri