Icma.az
close
up
RU
Məktəbli avtobusları ilə bağlı narazılıq “Niyə 10 gün əvvəldən pul ödətdirirsiz?”

Məktəbli avtobusları ilə bağlı narazılıq “Niyə 10 gün əvvəldən pul ödətdirirsiz?”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəmi bir neçə gündür tətbiqinə başlanılan məktəbli avtobusları ilə bağlı pilot layihə (“2School”) sosial şəbəkədə narazılıqlara səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, ödənişlərin orta büdcəli ailələrə uyğun olmaması, avtobuslar üçün ayrılan zolaqlara giriş imkanlarının yaradılmaması, qeydiyyatdan keçən şagirdlərin müvafiq şəkildə ünvana çatdırılmaması və digər məsələlər mübahisə mövzudur.  

Xidmətdən yararlanmaq istəyən yazar Çingiz Özgür də övladı üçün qeydiyyatdan keçdiyini və əvvəlcədən ödəniş etdiyini deyir. Onun sözlərinə görə, bütün planlarını ona uyğun qursa da, yeni tətbiq olunan layihə övladının işini yarıda qoyub: “2School” tətbiqini yüklədim, ev ünvanını, məktəbi, gediş-gəliş saatını yazdım. Dərhal hesablayıb dedilər ki, 137 manat edir. Elə indi ödə, oktyabrın 6-dan uşağı aparıb gətiririk. Dərhal ödənişi elədim, tətbiqlə kifayətlənməyib nömrələrinə zəng etdim. Təsdiqlədilər ki,  uşağı həmin vaxtda götürəcəklər. Lakin indi zəng ediblər ki, biz o məktəbdən saat 13:00, ya da 14:00-da götürə bilərik uşağı...”

Yazarın sözlərinə görə, şirkətin öz münasib bildiyi vaxtda şagirdləri aparıb-gətirməsi əvvəlcədən təsdiqlənən qrafiklə üst-üstə düşmür: “Əgər ancaq həmin saatlarda apara bilirdinizsə, orada qrafiki niyə qoymusunuz? Bəs bizdən niyə soruşursuz uşaq saat neçədə çıxır? Bəs niyə 10 gün əvvəldən pul ödətdirirsiz? Axı 10 gündür arxayın olmuşam ki, servis tapmışam, ağ günə çıxmışam.

Dedilər qəbzinizi atın, pulunuzu geri qaytaraq. Cavab isə belə oldu “qeydə alındı, biz sizin ödənişinizi yönləndiririk banka, bank da 10-12 gün ərzində ödənişinizi geri qaytaracaq...” 

Cəmi bir neçə gündür fəaliyyətə başlayan məktəbli avtobuslarının abunə qiymətləri də sosial şəbəkədə əsas müzakirə mövzusudur. Qiymətlərin 100 manatdan başlandığı açıqlansa da, real rəqəmlərin daha çox olduğu narahatlıq yaradıb. Məsələn, Xırdalan şəhərindən - 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir. Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gedib gəldiklərini nəzərə alsaq, Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8,4 manat xərc yaranmış olacaq. 

Valideynlər özəl servislərin 100-150 manata apardığı yolun sözügedən xidmətlər təxminən 170-250 manata başa gəldiyini bildirirlər. 

Sözügedən layihə ilə bağlı məsələni müğənni Xuraman Şuşalı da gündəmə gətirib. Məktəblilər üçün təşkil olunan avtobusların 240 manat olmasından gileylənən ifaçı onların pulsuz olmasını istəyib: “Pulsuz olsa, çox az adam uşağını şəxsi maşını ilə məktəbə aparar. Tıxaclar da azalar”.

Bəs məktəbli avtobuslarının qiymət siyasəti hansı meyarlar əsasında tərtib olunub? Bu xidmətin digər özəl xidmətlərdən üstünlüyü nədədir? 

Bu suallarla bağlı layihə rəhbərliyinə suallar ünvanlasaq da, cavab ala bilmədik. 

Xatırladaq ki, Bakıda məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə oktyabrın 1-dən etibarən start verilib. Layihə ilkin mərhələdə 8 dövlət və 3 özəl məktəbi, ümumilikdə 1250-dən çox şagirdi əhatə edəcək. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə həyata keçirilən bu layihə çərçivəsində 100-dən çox avtobus ayrılıb. 

Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəb, A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi və 189-190 nömrəli tam orta məktəb daxildir. Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.

Gülnar Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see365

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see197

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri