Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Məktəbli avtobusu üçün endirimlər tətbiq olunmalıdır TƏKLİF

Məktəbli avtobusu üçün endirimlər tətbiq olunmalıdır TƏKLİF

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"“Məktəbli avtobusu” layihəsinin tətbiqi ölkədə təhsil infrastrukturunun sosial və təhlükəsizlik baxımından inkişaf etdirilməsi istiqamətində mühüm addımdır. Bu layihə əslində təkcə nəqliyyat xidməti deyil, eyni zamanda uşaqların məktəbə gediş-gəlişində təhlükəsiz, sistemli və məsuliyyətli mexanizmin formalaşmasına xidmət edir. Layihə ilk növbədə valideynlərin gündəlik narahatlığını azaltmaq, məktəb ətrafı nəqliyyat sıxlığını tənzimləmək və uşaqların intizamlı şəkildə məktəbə cəlb olunmasını təmin etmək məqsədi daşıyır. Lakin hazırda valideynlərin əsas narazılığı qiymətlərlə bağlıdır. 1 uşaq üçün gediş-gəlişin aylıq 200–240 manat olması sosial reallıqlarla tam uzlaşmır".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 
"Təhlil göstərir ki, bu qiymət sırf kommersiya prinsipləri ilə formalaşır. Layihəni həyata keçirən şirkətlər avtobusların yanacaq, texniki xidmət, sürücü və bələdçi xərclərini, sığorta və vergi öhdəliklərini nəzərə alaraq qiyməti hesablayırlar. Lakin ölkədə minimum əməkhaqqının 345 manat olduğu, müəllimlərin orta aylıq əməkhaqqının 800–900 manat arasında dəyişdiyi, bir çox ailələrin isə aylıq gəlirinin 1000–1200 manatı keçmədiyi şəraitdə bu ödənişlərin real ailə büdcəsinə əlavə yük yaratdığı aydındır. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, Azərbaycanda orta məktəblərdə təhsil alan 1,6 milyon şagird var və onların təxminən 45%-i şəhər mühitində təhsil alır. Əgər bu şagirdlərin yarısı belə bu xidmətə ehtiyac duysa, bu, aylıq yüz milyonlarla manatlıq xərclər deməkdir ki, bu da ailələrin sosial vəziyyəti ilə uzlaşmır".
O bildirib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14-cü maddəsində göstərilir ki, dövlət təhsilə bərabər çıxış imkanlarını təmin etməlidir:
"Burada “təhsilalanların təhlükəsiz və sağlam şəraitdə təhsil almaq hüququ” da vurğulanır. Bu baxımdan, məktəbli avtobusu layihəsi təhsilə çıxışın təhlükəsizliyini artırsa da, iqtisadi baxımdan bərabərlik prinsipini hələ ki, təmin etmir. Əgər bu layihə tamamilə bazar münasibətləri əsasında tənzimlənərsə, o zaman sosial ədalət prinsipi pozular. Ona görə də Elm və Təhsil Nazirliyinin bu məsələdə tənzimləyici və sosial nəzarətçi kimi çıxış etməsi çox vacibdir.
Dünya təcrübəsinə baxanda, məsələn, Türkiyədə məktəb avtobuslarının qiymətləri bölgələrə və məsafəyə görə fərqlənir, lakin orada sosial mexanizmlər də mövcuddur. Valideyn Komitələri və Bələdiyyələr birgə şəkildə xərcləri tənzimləyir. ABŞ və Finlandiyada isə məktəb avtobusları dövlət və ya bələdiyyə tərəfindən maliyyələşdirilir və valideynlər heç bir ödəniş etmir. Yəni orada bu, kommersiya deyil, sosial xidmət hesab olunur. Azərbaycanda da bu istiqamətdə dövlətin, xüsusilə yerli icra strukturlarının dəstəyi olmalıdır. Əks halda, layihə yalnız müəyyən gəlir qrupuna daxil olan ailələrin yararlandığı xidmətə çevriləcək və sosial bərabərsizliyi daha da dərinləşdirəcək".
Ekspert deyib ki, layihənin müsbət tərəfləri danılmazdır:
"Uşaqların təhlükəsiz daşınması, məktəbə vaxtında və intizamlı şəkildə çatması, nəqliyyat sıxlığının azalması, valideynlərin gündəlik gərginliyinin azalması kimi üstünlüklər nəzərə alınmalıdır. Bu, həm də məktəblər ətrafında yaranan tıxacların azalmasına, yollarda təhlükəsizlik səviyyəsinin yüksəlməsinə xidmət edir. Elm və Təhsil Nazirliyi bu layihəni reallaşdırmaqla, ölkədə təhsil infrastrukturunun yalnız məktəb binası və sinif otaqları ilə məhdudlaşmadığını, eyni zamanda sosial-məkan mühitini də əhatə etdiyini göstərmiş olur.
Gələcəkdə bu layihənin dayanıqlı və ədalətli olması üçün diferensial qiymət siyasəti tətbiq olunmalıdır. Məsələn, sosial statusa görə 50%-lik endirimlər, çoxuşaqlı ailələr üçün güzəştlər və ya dövlət tərəfindən müəyyən hissəsinin subsidiyalaşdırılması nəzərdə tutulmalıdır. Bu, həm sosial ədaləti təmin edər, həm də valideynlərin inamını artırar. Əgər bu mexanizm tətbiq olunsa, məktəbli avtobusu layihəsi həm sosial məsuliyyət modeli, həm də təhsil infrastrukturunun mühüm elementi kimi formalaşar.
Hesab edirəm ki, qiymətlərin kommersiya prinsiplərinə görə deyil, sosial reallıqlara əsaslanması təmin edilməlidir. Elm və Təhsil Nazirliyinin bu sahədəki təşəbbüsü müsbət və strateji addımdır, lakin sosial tənzimləmə olmadan layihə tam effekt verməyəcək. Əgər bu istiqamətdə mexanizmlər təkmilləşdirilərsə, məktəbli avtobusu təkcə nəqliyyat xidməti deyil, təhsilin bərabər əlçatanlığı və sosial rifahın təminatına xidmət edən modern addım kimi dəyərləndiriləcək".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri