Icma.az
close
up
RU
Məktəbli forması vahidlik və bərabərlik yaradır Leyla Məmmədova

Məktəbli forması vahidlik və bərabərlik yaradır Leyla Məmmədova

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi ətrafında aparılan müzakirələrdə qərarın mahiyyətindən daha çox onun dini müstəvidə yozulmasına cəhdlər diqqət çəkir. Belə ki, məktəbli geyiminə dair tələblər hicaba qarşı yönəlmiş addım, hətta islamofob yanaşmanın təzahürü kimi təqdim olunur. Bununla da təhsilin dünyəviliyi, məktəbdaxili qaydaların vahidliyi və dövlət təhsilinin prinsipləri ətrafında müzakirələr dini həssaslıqlar üzərindən fərqli istiqamətə yönəldilir. Məsələnin bu cür çərçivələnməsi qərarın hüquqi və ictimai mahiyyəti ilə bağlı suallarla yanaşı, cəmiyyətdə dini və dünyəvi baxışların qarşı-qarşıya qoyulması riskini də gündəmə gətirir.

Mövzu ilə bağlı fikirlərini Qaynarinfo-ya bölüşən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədovanın sözlərinə görə, məktəblərdə vahid geyim formasının tətbiqinə münasibət bildirərkən məsələnin mahiyyətini dini mübahisələrdən ayırmaq, ilk növbədə, təhsilin funksiyasını və dünyəvilik prinsipini nəzərə almaq lazımdır.

Leyla Məmmədova hesab edir ki, təhsilin dünyəvi xarakter daşıması dini dəyərlərə qarşı münasibət kimi qiymətləndirilməməlidir. Məktəb, ilk növbədə, bilik və dünyagörüşünün formalaşdığı, uşaqların ictimai həyata hazırlandığı məkandır:

"Bu mühitdə ümumi qaydaların müəyyənləşdirilməsi və onların bütün şagirdlərə eyni yanaşma əsasında tətbiqi təhsil sisteminin təşkilində mühüm əhəmiyyət daşıyır".

Onun fikrincə, vahid məktəbli forması məktəblərdə intizamın qorunmasına, şagirdlər arasında zahiri fərqlərin qabardılmamasına və kollektivə aidiyyət hissinin formalaşmasına töhfə verə bilər. Müxtəlif sosial təbəqələrdən olan uşaqların eyni geyim formasında təhsil alması onların maddi imkanlarına görə fərqləndirilməsinin qarşısını müəyyən qədər almaq baxımından da əhəmiyyətlidir.

Şöbə müdiri hesab edir ki, dünyəvi təhsil prinsipinin islamofobiya kimi təqdim edilməsi məsələnin mahiyyətinin yanlış istiqamətdə müzakirəsinə səbəb olur. Dünyəvilik dini inancların inkarı deyil, dövlət və təhsil sisteminin ümumi hüquqi prinsiplər əsasında fəaliyyət göstərməsidir. Bu baxımdan, dini dəyərlərə hörmətlə yanaşmaqla təhsilin dünyəvi xarakterini qorumaq bir-birinə zidd mövqelər kimi təqdim edilməməlidir:

"Məktəbli forması ətrafında müzakirələrin dini qarşıdurma müstəvisinə keçirilməsi cəmiyyətdə əlavə gərginlik yarada, insanları fərqli dünyagörüşlərinə görə qarşı-qarşıya qoya bilər. Halbuki bu məsələdə əsas diqqət uşaqların təhsil hüququna, məktəb mühitinin sağlamlığına və ümumi qaydaların tətbiqinə yönəldilməlidir".

O hesab edir ki, hər hansı qərarın tətbiqi ilə bağlı sualların qaldırılması, hüquqi əsasların müzakirə edilməsi və mümkün problemlərin aydınlaşdırılması təbiidir. Lakin bu prosesin dini və dünyəvi baxışların mübarizəsi kimi təqdim olunması konstruktiv müzakirə imkanlarını məhdudlaşdırır. Əsas məsələ emosional ittihamlardan uzaq durmaq, mövcud qaydaların mahiyyətini aydınlaşdırmaq və onların ədalətli tətbiqinə nail olmaqdır.

Mövzunun ictimai müzakirəsində diqqət yetirilməli məqamlardan biri də cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı anlaşmanın qorunmasıdır. Dini həssaslıqların qabardılması yolu ilə fərqli mövqelərin üz-üzə qoyulması problemin həllinə kömək etmir. Əksinə, məsələyə təhsilin maraqları və ortaq ictimai dəyərlər çərçivəsində yanaşmaq daha sağlam müzakirə mühiti yarada bilər".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri