Melaniya Tramp Ukraynada daha bir atəşkəs əməliyyatı gözləyir
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın birinci xanımı Melaniya Tramp Miladdan (Qriqorian təqviminə görə 25 dekabrda qeyd olunur -red.) əvvəl Rusiya ilə Ukrayna arasında yeni atəşkəs razılaşmasının əldə olunacağını gözləyir.
Bizim.Media xəbər verir ki, o, bu barədə "Fox News"a danışıb.
Ondan Milad hədiyyəsi olaraq nə istədiyi soruşulub: "Əlbəttə ki, dünyada sülh. Amma ən əsası, daha çox atəşkəs istərdim. Həm Ukrayna, həm də Rusiya istəsəydi, bunu çox tez edə bilərdik. Bəlkə Miladdan əvvəl daha bir atəşkəs əldə edərik. Ümid edirəm ki, belə olacaq".
Qeyd edək ki, Melaniya Tramp oktyabrın sonlarında Ukraynanın Herson bölgəsindəki Oleşek şəhərində humanitar əməliyyatın təşkilinə nail olub.
Bu əməliyyatdan sonra ABŞ nümayəndələri ilə Moskvada görüşən Vladimir Putin analoji əməliyyatın Konstantinovka şəhərində də keçirilməsini təklif edib. Lakin Ukrayna prezidenti Vladimir Zelenski Konstantinovkanın Rusiya tərəfindən işğal olunmadığını bəyan edərək, Putinin humanitar aksiya adı altında şəhəri ələ keçirmək istədiyini vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 21 Noyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















