Məleykə Abbaszadə: “Dinləmə mərhələsinə görə DİM ə təzyiqlər oldu”
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Xarici dil imtahanlarına ilk dəfə dinləmə mərhələsi salındıqda Dövlət İmtahan Mərkəzinə təzyiqlər oldu".
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə qeyd edib:
"Təbii ki, xarici dil imtahanında dinləmənin salınması yeni bir komponent olduğu üçün bizə kifayət qədər təzyiq oldu ki, bunlar dərsliklərdə yoxdur, məktəblərdə linqafon otaqları yoxdur.
Ancaq bu, çox kifayət qədər gülünc arqument idi. Telefon varsa, ingilis dilini eşitmək üçün linqafon kabinetlərinə ehtiyac yoxdur. İndi də imtahandan sonra dinləmə mərhələsiylə bağlı "pis eşitdik", "tez-tez danışdılar" kimi sözlər deyilir. Ancaq dili başa düşməyən dinləməni eşitmədiyini düşünəcək. Biz yalnız dinləyə-dinləyə nəyisə anlaya bilərik".
Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 27 Aprel 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















