Icma.az
close
up
RU
Mənanın yaşı kiçik

Mənanın yaşı kiçik

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şükran AYDIN

Türkiyəli şair Şukran Aydın 1973-cü ildə Üsküdarda doğulub. Onu 2025-ci ildə İstanbulda keçirilən Uluslararası Qadın Şeiri Festivalında tanıdım. Bəstə boyuyla, təkrarsız səs ahəngiylə diqqətimi çəkdi. Səhnədə yer alanda və şeirini oxuyanda, bir daha oxusa, dedim, anlamaq üçün şeirin hikmətini. Kitabını verdi mənə. Bir gecədə oxuyub bitirdim. Amma təkrar onun şeirlərinə dönürəm, dönüb oxumaq istəyirəm. Fəlsəfəsini sevirəm çünki. Səsini və fəlsəfəsini...
Beləcə, şeirlərindən bəzilərini dilimizə  uyğunlaşdırdım.

Həyat ŞƏMİ

Kök

ölümün mərkəzində bir cüt sona kimi əymə boynunu
ağlı uçmuşlar bazarından şərqilər gətirmə
qaralar bağlama
bəyaz geyinmə
yazdırma qılınc yarasını
tut ağacından düşmə
boy atma çiçək-çiçək
zaman kasasından içmə su
kəsilərəm
tikələrimi dağlardan uçur
çölünə üfür
günəşə göm
kök atım!


Tərtəmiz 


yağışda yuyunan qadınlar kimisən
tərtəmiz
səssən, o taya musiqi olub getmiş

it itin ayağını basmadığı nərdivan kəndində
zamanı hücuma uğramış
qopmamış zəncirin paslı, susması daha zəhərli...

tənhanın torbasında qurdlamış çörək,
hamımızın çirkinliyimizdən söz açır.
yanaqdan yanağa axar isti gözyaşı.

böyü
çınqıl ol
adaya gedək
yağışda islanan qadınlar kimisən.

Buz bıçağı
Açarım,
kilidləri göndər
gözləmə otağına götür
tez körpələrini doğurum.

gözəllik keçdi
yıxılır evlər üstünə
yıxılsın
ayaqda durub nə edəcəksən?

uzaq çiçəkli kədər libasını gey
bir azdan günəş səpələnər
torpaqla qəlbini.

yolların arasından çıx
aç əllərini dilənərək doyur
gözləntisizlik budur

OL dedikcə ola bilirsənmi?
özünü də yox et, sadəlik budur


Vəhşi

içindən elektrik keçən çayda üzdün
gördün boşluğun da çoxluğu var

zalımlar kəndindən keçdin o keçən baxışların gül-i zar
ölümün meydanında oxunan dua kimisən
getmədiyin hər yer səni daşlar
tanış ol özünlə


Göz qapısı

gözlərin Gülizar gözlərin
anadangəlmə 
sehirli

sulanır ocaq yanında
mən necə zalımlaşıram

ruhun Gülizar
ruhun ac!
tir-tir titrəməyin ondan...

mən necə vaz keç deyim ki?
bir qarında od olmaq sevdandan

gedirsən nəğmə olub

gülü sar...

Kilidli kənd


zavallı acılar, acınacaqlı günahlar,
ziyarət edək ağ daşlı ölüləri,
dəftər eyni, oxuyaq gəl,
kəndə gedək.

ümidin yükünü daşıdıq,
ağla, Gülizar, ağla
gedəcək haran var ki, özündən başqa?

həyat libasını geydin o da soldu
gözlədin boşluqları
kilidlə gedək.

səsini al
məni çağır
üç vaxta qədər yolumuz var
həm çox,
həm dar
bir qəlbə enək,
niyyətlə taleyin itdiyi yerləri keçək

səsini al
məni çağır
boşluqları kilidlə gedək.


Çartıltı 

pərdədir qəlbin

hansı tərəfə atsan tutmaz

yanğını yandırar gözəlliyin
işləməz soyuq

mənanı artırır
acıdan daha böyük bağçaların

yeyilər
udulmaz


Yamac 


unutduğun hər yerindən
ölüm nə qədər gözəl
dəmlənməsi bitmiş narın misralar kimi
bəyaz zərflərə gir

gülümsəmək ibadət
dinlər gözündən axarkən

dünən meyvəsini tökən
köksünü sıxmayan xatirələrdən gəl

umud
nə bənzərsizdir

eşq
eşqlə başqalaşmış çay
əyil
nərgizdən o taya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Avqust 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri