Icma.az
close
up
RU
Mənə elə gəlir ki, Qarabağ Elfsborqu məğlub edəcək Aslan Kərimov

Mənə elə gəlir ki, Qarabağ Elfsborqu məğlub edəcək Aslan Kərimov

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda səfərdə İsveç təmsilçisi "Elfsborq"la qarşılaşacaq "Qarabağ" olduqca əhəmiyyətli matça çıxacaq. Əvvəlki 5 oyunda 1 qələbə qazana bilən Ağdam təmsilçisi bu görüşdə uğur əldə edə biləcəyi halda, pley-offa yüksəlmək şansını artıracaq. Bəs görəsən "köhlən atlar"ın evə 3 xalla dönmək şansı nə dərəcədə realdır? "Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "köhlən atlar"ın Skandinaviya komandası ilə duelindən nə gözlədiyini soruşduq. 

Tanınmış futbol mütəxəssisinin Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ"ın bu oyunda qələbə qazanacağına təbii ki, inanıram. Komandamız bu mövsüm İsveçin digər təmsilçisi "Malmö" ilə də üz-üzə gəlib. İsveç çempionatı artıq başa çatıb. "Elfsborq" çempionatı 7-ci yerdə başa vurub. Çempion "Malmö" ilə müqayisədə daha münasib rəqibdir. Yəni "Malmö"yə səviyyə baxımından uduzan rəqiblə üz-üzə gələcəyik. "Malmö" istər oyun üslubu, istər hücum potensialı, istərsə də heyət baxımından "Elfsborq"dan öndədir. Doğrudur, "Malmö"yə Bakıda 1:2 hesabı ilə uduzduq, amma bu mövsüm səfərdə Norveç təmsilçisi "Budyo-Qlimt"i məğlub edə bilmişik. 

Düzdür, hava şəraiti, süni örtüklü meydan və səfər amili əleyhimizə olan məqamlardır. Bu məqamlar "Qarabağ"a müəyyən çətinliklər yara bilər. Ancaq ümumi baxsaq, mənə elə gəlir ki, Azərbaycan çempionu çox sayda təhlükəli epizodlar yaradaraq qol şansları əldə edəcək. "Qarabağ"ın hücum xətti çox yaxşı səviyyədədir. Birərbir epizodlardan da uğurla faydalanacağımızı düşünürəm. Hə, təmsilçimiz müdafiəyə qayıdarkən müəyyən boşluqlar yaranır. Lakin onların Bakıda 1:4 hesabı ilə uduzduğumuz "Olimpik Lion" kimi buraxılan hər səhvdən maksimum istifadə edəcəkləri o qədər də inandırıcı deyil. Əlbəttə, Avropa Liqasında zəif komanda olmur. Bununla belə, "Elfsborq" əvvəl üz-üzə gəldiyimiz "Tottenhem", "Ayaks", "Olimpik Lion" və "Malmö" qədər güclü sayılmır. Necə oynayacağımız, meydanda oyun planında necə təsir bağışlayacağımız müzakirəyə açıq məsələdir. Heç-heçə yox, qələbə gözləyirəm. Mənə elə gəlir ki, "Qarabağ" "Elfsborq"u məğlub edəcək". 

Qeyd edək ki,  dekabrın 12-də baş tutacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://fanat.az
archiveBu xəbər 10 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri