Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Mərmər üzərində oyulmuş yaddaş Türkan Turan yazır

Mərmər üzərində oyulmuş yaddaş Türkan Turan yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkan TURAN

Xatırlamaq gizli bir ibadətdir

Bu günlərdə elan verildi ki, bəs uzun müddətdir kameralarla, canlı qüvvələrlə qorunan, qapısı yalnız qan bağı olan insanların üzünə açıq olan məzarlıqda sərgi təşkil edilib. Özü də qısa müddətli... Açığı, qonşuluğumda olsa da, belə bir yerin varlığından bixəbər idim. Sən demə, aradabir yanından keçdiyim o hündür divarların arxasında insanı tilsimləyən zəngin tarix yatırmış. Sərgi ilə bağlı məlumatları görəndə maraq məni bürüdü, rəfiqəmə "mütləq getməliyik" dedim. Özlüyümdə gün də müəyyənləşdirdim. Bir qədər sonra qız zəng etdi ki, bəs bu məzarlıqda təşkil edilən sərgiyə giriş biletsizdir, amma xüsusi qeydiyyatladır. Özü də pasport seriyasından yaşadığın yerə qədər yazırsan və yalnız təyin edilən saatda buranı ziyarət edə bilərsən. Bir dəqiqə geciksən, səni içəri buraxmırlar, ziyarət saatı da bir saatı aşmamalıdır. Bu məlumat bir az qəribə göründü. Fikirləşdim ki, məzarlıqdır də, quru daşdan ibarətdir, bu qədər təntənə, yoxlanış, həssasiyyət nəyə lazımdır ki? Ancaq içəri daxil olduqdan sonra qərara gəldim ki, belə bir yerə girişi barmaq izi ilə həyata keçirsələr, yenə də azdır.

Osmanlı ovsunlamağa davam edir

Bura Feriköy Latın katolik qəbiristanlığıdır. Əslində İstanbulun qeyri-müsəlman qəbiristanlıqları bu gün Osmanlı dövründə olduğundan daha azdır. Bəzi tarixi yerlər tamamilə, qismən və ya yalnız izlər, xarabalıqlar kimi mövcuddur. Bir çoxu tamamilə yox olub, hətta elə silinib ki, nə vaxtsa orada məzarlıq olduğundan çoxlarının xəbəri yoxdur. Təbii ki, həm planlı, həm də planlaşdırılmamış şəkildə gerçəkləşib bunlar.

Xristian və yəhudi qəbiristanlıqları şəhərin hər yerindədir. Xüsusilə Osmanlı dövründən qalma yaşayış məskənlərində və ya ətrafında, Balıqlı və Ədirnəqapı da daxil olmaqla, şəhərin qədim divarlarının ətrafında, Anadolu yaxasında, Üsküdar və Kadıköydə, Şahzadə adalarında, Boğazın hər iki sahilindəki köhnə kəndlərdə, Qara dənizə qədər uzanan Ortaköy, Yenidilli, Kanuncuk, Kuzgüç, Tarabya və Böyükdərə ərazilərində idi. Ancaq ən əhəmiyyətlilərinə Haliçin şimalında, Qalata, Bəyoğlu, Hasköy və Şişlidə rast gəlinir.

Fatih Sultan Mehmed Konstantinopolu fəth edəndən sonra cenevizlilərin Qalatada qalmasına icazə verir. Onlara Bizans icması ilə eyni hüquqları verdikdən sonra xeyli sayda qeyri-müsəlman bu ərazilərdə yaşayır. Başlanğıcda avropalılar, yunanlar, ermənilər və yəhudilər də bu ərazidə məskunlaşırlar, ancaq sonralar, xüsusən XVII əsrdə Qalatanın yuxarısındakı təpələrə - indiki Pera və ya Bəyoğlu kimi tanınan təpələrə yayılmağa başlayırlar. 1880-ci illərdə şəhərin genişlənməsi ilə indiki Taksim meydanının yuxarısında, Şişli ətrafında yeni qəsəbələr tikməyə başlayırlar. Əsrlər boyu bu ərazilərdə sıx məskunlaşan qeyri-müsəlman icmasına xidmət etmək üçün kilsələr, sinaqoqlar və digər qurumlar yaradılır. Ölülərin son mənzilləri sayılan qəbiristanlıqlar da salınan bu abidələr arasında idi.

Qəbiristanlıq, ya muzey?

Həmin məzarlıqlardan biri Sultan I Abdülməcidin fərmanı ilə salınan Feriköy Latın katolik qəbiristanlığıdır. Bura İstanbulun qəbiristanlıq memarlığını, mədəniyyətini və daşıdığı adları sənət əsəri kimi nümayiş etdirən əsl açıq hava muzeyidir. Tarixi boyunca İstanbul çoxlu inanclara ev sahibliyi edib. Bir şəhərin mədəni irslə zəngin qəbiristanlıqlarının olmağı, şübhəsiz ki, böyük və zəngin tarixin nişanəsidir. Qədim Osmanlı müsəlman qəbiristanlıqları ilə yanaşı, yəhudi, erməni, yunan və latın katolik qəbiristanlıqları da bu zəngin tarixi formalaşdıran saysız-hesabsız şəxsiyyətlərin xatirələrini qoruyub saxlayan yerlərdir. Etnik azlıqların qəbiristanlıqları arasında Feriköy Latın Katolik qəbiristanlığı isə dəfn edilən məşhur ailələr, rəssamlar, memarlar, diplomatlar və iş adamlarının daşlar üzərində oyulan hekayələri ilə ən maraqlılarından biridir. Əslində bu yerin şəhərin yaddaşı üçün nə demək olduğunu anlamaqdan ötrü əvvəlcə qısa da olsa Levantinləri tanımalıyıq.

İstanbullu italyanlar - Bizansdan Osmanlıya...

Levantinlər - Venesiyadan, Cenoadan, Neapoldan ticarət məskənləri yaratmaq üçün xüsusi icazə ilə İstanbula gələn bir qrup italiyalı tacir idi. Bizans İmperiyası dövründə Levantinlər ticarət və yaşayış yerlərini ilk növbədə Pera-Bəyoğlu bölgəsində qurmuş və Osmanlı dövründə də bu ərazidə yaşamağa davam etmişdilər. XIX əsrin sonlarına qədər İstanbul, xüsusilə Pera, Beyoğlu, Taksim və Şişli ərazilərində Latın katolikləri, yəni Levantinlər sıx məskunlaşmışdılar. Təəssüf ki, əhali XX əsrin əvvəllərindən etibarən sürətlə və kəskin şəkildə azaldı.

Halbuki Levantinlər İstanbulun Avropaya baxan siması, mədəniyyət və ticarətin könüllü səfirləri idilər. Doğma italyan dilindən əlavə, bir çox Avropa dillərini, xüsusən də fransız dilini mükəmməl bilən Levantinlərin Avropa ticarətinə dərindən bələd olduqları üçün İstanbulun imperiya statusuna yüksəlməsində böyük töhfələri olmuşdu. Onlar incəsənət və memarlıqdan tibb, musiqi və təhsilə qədər bir çox sahələrdə yeniliklərə imzalar atmışdılar. Kökləri avropalı olsa da, Osmanlının, xüsusilə İstanbulun canı, qanı, sərvəti sayılırdılar. Çünki evlərini, bizneslərini, mehmanxanalarını, fabriklərini, bir sözlə, sahib olduqları hər şeyi bu torpaqlarda qurub yaratmışdılar. Levantinlərin əlaqələri təkcə Avropa ilə məhdudlaşmırdı; Suriya, Livan, Misir, İsgəndəriyyə, Tunis, Kipr, Rodos və Girit kimi Şərqi Aralıq dənizi və Şimali Afrika şəhərləri ilə də ticarət və şəxsi əlaqələri vardı. Şərqin limanlarına, ticarətin incəliklərinə yaxşı bələd idilər və sənətə yüksək qiymət verirdilər. Ona görə də, Şərqlə Qərb arasında Osmanlı iqtisadiyyatını irəli aparan önəmli fiqur hesab edilirdilər.

Birinci Dünya müharibəsinin vurduğu zərbələr, yüksələn milli dövlət anlayışı və milliyətçi hərəkatlarının təzyiqi onların XX əsrin birinci yarısından başlayaraq türk torpaqlarını tərk etməsinə səbəb oldu. Bu gün İstanbulda, İzmirdə, İskəndərunda, Antakyada və Mersində çox az Levantin ailəsi qalıb. Əksəriyyəti, xüsusilə gənc nəsil Avropada və ABŞ-da çoxdan yeni həyat qurub. Feriköy Latın katolik qəbiristanlığı sərvət dəyərində olan o insanların vaxtilə bu torpaqlarda yaşadıqlarını və vəfat etdikdən sonra çoxlarının əbədi mənzilinin olduğunu göstərən yerdir. Ancaq Latın Katolik ailələrinin sayının azalması səbəbindən qəbiristanlıq getdikcə durğun hala gəlib.

Mədəni yaddaş

1853-cü ildə salınan Feriköy Latın katolik qəbiristanlığı İstanbulun və bəlkə də Yaxın Şərqin ən böyük katolik məzarlığıdır. Memarlığı, mədəni inciləri və daşıdığı adlarla bu qəbiristanlıq sözün əsl mənasında açıq səma altında muzeydir. Abidənin bir parçanın məhv edilməsi İstanbulun şəhər yaddaşının və mədəniyyətinin itirilməsi deməkdir. Məsələn, qəbiristanlığının yuxarı hissəsində dekorativ detalları, memarlığı ilə insanı valeh edən Corpi, Botter, Tubini və Kallavi kimi tanınmış Levantin ailələrinin monumental məzarları var. Qəbiristanlığın digər diqqətçəkən abidəsi 1853-1856-cı illər Krım müharibəsi zamanı həlak olmuş fransız və italyan əsgərlərinin şərəfinə ucaldılmış monumental məzar daşlarıdır. Bura Peradakı Petits-Champs və Grand Champs qəbiristanlıqlarından tapılmış qəbir daşlarından inşa edilərək möhtəşəm monumental məzara çevrilib və günümüzə qədər olduğu kimi gəlib çatıb.

On min dollara qurban gedən tarix

İstanbula böyük töhfələr bəxş edən, dəyər qatan məşhur adlardan bəzilərinin də məzarları buradadır. Onların arasında məşhur macar yanğınsöndürən Seçenyi Paşa, rəssam Leonardo de Manqo, Sultanın əczaçısı Canzuç, Sultan II Əbdülhəmidin saray dərzisi Paul Parma, şəxsi dərzisi Boter Xan, məşhur fotoqraflar Sebah və Joailler, Sultanın bankirləri Lorando və Tubini, məşhur saray musiqiçisi Quatelli Paşa, məşhur memar Giulio Mongerinin ailə məzarı, baron İqnas de Testa, Bəyoğlu şirniyyat evinin qurucusu Eduard Lebonun məzarları da var. Lebon demişkən, təəssüf ki, 1810-cu ildə Osmanlının ilk şirniyyat evi olaraq qurulan bu məkan 212 illik fəaliyyətindən sonra 2022-ci ildə qapandı. Özü də binanın sahibinin kirayə haqqını 10 min dollara yüksəltməyi ucbatından. Belə bir məkanın pul hərisliyinə qurban getməsi də ayrı faciədir.

MEMENTO

Gələk əsl məsələyə; Sənədli film və küçə fotoqrafı Mustafa Sevən kollektiv yaddaş, kimlik və mədəni müxtəliflik mövzularına diqqət yetirən 30 illik karyerasını "MEMENTO: Mərmərdə Oyulmuş Latın İstanbul" adlı sərgisini İstanbulun mərkəzində, hündür divarlar arxasında gizlənmiş bu əsrarəngiz məzarlıqda təşkil etdi. Məzarlıq da elə bu sərgi ilə birlikdə insanların üzünə qapılarını açdı. Başqa günlər qapalıdır.

Latın dilində "xatırla" mənasını verən "memento" keçmişin izlərini görməyi və unutmamağı aşılayan sərgi idi. Sənətçi bu sərgi ilə mərmər məzar daşları vasitəsilə İstanbulda Levantin, Assur, Keldani və Latın Katolik icmalarının varlığını gözlər önünə sərir.

Sənətçinin fotoşəkilləri təkcə ölüləri deyil, həm də dilləri, mədəniyyətləri və itmiş həyatları xatırladır. Fotolar fərdi hekayələri, geniş bucaqlı görüntülər isə sərginin mərkəzi olan qəbiristanlığın topoqrafiyasını və məkan yaddaşını nümayiş etdirir.

Beləliklə, unudulmuş adların səssiz şahidi olan məzarlıq ziyarətçilərə güclü yaddaş çağırışı kimi səslənir.

Sərginin insanlara vermək istədiyi mesaj həm sadə, həm də dərindir: Unutmağın məhvi sürətləndirdiyi bir zamanda, xatırlamaq varlığı gələcəyə daşıyan bir gücdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:438
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri