Məsafəyə görə ödənişi kim edəcək? Yeni sistemin PƏRDƏARXASI
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Bəzi marşrutların brutto müqavilə modelinə keçirilməsi ilə bağlı yayılan məlumatlarda “məsafəyə görə ödəniş” ifadəsi sərnişinlərin gediş haqqını qət etdikləri məsafəyə uyğun ödəyəcəyi kimi başa düşülüb.
"Yeni Sabah" xəbər verir ki, əslində, söhbət sərnişinlərin ödədiyi gediş haqqından deyil, daşıyıcı şirkətlərlə hesablaşma mexanizmindən gedir.
Sərnişinlər əvvəlki qaydada müəyyən edilmiş gediş haqqını ödəyəcəklər. Gediş haqqının məsafəyə əsasən dəyişdirilməsi nəzərdə tutulmur. pizza hut
Brutto müqavilə modelində daşıyıcı şirkətə ödəniş sərnişin sayından asılı olaraq deyil, göstərilən nəqliyyat xidmətinin həcminə, o cümlədən qət edilən məsafə kimi göstəricilərə əsasən həyata keçirilir.
Sadə şəkildə, sərnişin əvvəlki qaydada gediş haqqını ödəyir, AYNA isə daşıyıcı şirkətlə müəyyən edilmiş şərtlər əsasında hesablaşır.
Qeyd edək ki, bu modelin əsas məqsədlərindən biri sürücülərin və ya daşıyıcıların daha çox sərnişin toplamaq uğrunda rəqabət aparmasının qarşısını almaq, marşrut üzrə göstərilən xidmətin keyfiyyətinə diqqəti artırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















