Məşhur aktyorun adı ilə sensasion dələduzluq: dizayner necə tora alınıb? 830 min havaya uçub (FOTO)
Məşhur aktyor Bred Pittlə sevgi münasibətləri qurduğuna inanan fransalı 53 yaşlı dizayner Anna dələduzların qrubanı olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "İnstagram"da aktyorun saxta səhifəsini yaradan dələduzlar Annaya "qarmaq" ataraq onunla "sevgi" münasibəti yaradıblar.
Məlumata görə, xanım sıəhifənin həqiqətən Bred Pittə aid olduğunu zəınn edəərk romantik münasibətə "hə" deyib.
O, başına gələnləri ölkənin TF1 kanalına danışıb: "Bəli, inandım. Nəticədə düşüncələrim alt-üst oldu, psixologiyam da pozuldu, 830 min avro pulumu da itirdim. Onlar mənimlə ilk əvvəl Hollivud ulduzu Bred Pittin anası kimi təmasa keçdi, sonra aktyorun özü kimi yazmağa, danışmağa başladılar. demək olar 6 aylıq bir proses oldu və günün birində Bred Pittin Fransada böyrək müalicəsi üçün puula ehtiyacı olduğu deyildi. Bildirildi ki, bəs boşanma ərəfəsində olduğ üçün hesabları bloklanıb. İnandım, çünki sevirdim. Lkain 6 ay sonra aktyorun gerçək sevgilsi ilə xəbəri yayımlananda aldadıldığımı anladım...".
Cəbərdə deyilir ki, fırıldaqçılar sosial mediada saxta Bred Pitt və onun anasının hesabları vasitəsilə ünsiyyət qurub, süni intellekt texnologiyası ilə yaradılmış saxta görüntü və sənədlərdən istifadə ediblər. Ana dələduzlarla bağlı polisə şikayət etdiyini açıqlayıb.
Ləman
MİA.AZ