Məşhur şadlıq evində xoşagəlməz mənzərə
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən, fiziki şəxs Raul Samir oğlu Aslanlıya məxsus "Piano Hall" şadlıq evində yoxlama keçirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı ictimai iaşə obyektində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, şadlıq evinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Dominos pizza
Obyektdə istehlaka yararsız göbələk, müşayiətedici sənədləri olmayan süni kürü, mənşəyi məlum olmayan süd məhsulları, üzərində hazırlanma tarixləri qeyd edilməyən yarımfabrikatlar aşkarlanıb.
Eyni zamanda, menyuda süni kürünün istifadəsi ilə bağlı qeyd aparılmadığı, məhsulların temperatur rejiminə riayət edilmədiyi, mətbəxdə istifadə olunan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 07 Oktyabr 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















