Icma.az
close
up
RU
Mətnlər yalan danışa bilmir?

Mətnlər yalan danışa bilmir?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lap yaxşı da danışır. Fəqət qırx gün sonra bütün paxırlar açılmağa başlayır...

Və bu “açılma”lar min il də çəkə bilər. Bircə həqiqət var - gec, ya tez, mətn öz nüvəsini partladır. Eynən get-gedə şişən, böyüyən  planetlər kimi... Mətnlər də fizikanın qanunları ilə “işləyir”. Ədəbiyyata gəlib çıxanadək onlar kimyadan da “test verir”. Bir sözlə, heç bir mətnin aldatmaq şansı yoxdur. Hara tələsirik ki, biz də Süni İntellektin (Sİ) yaratdığı tər-təzə mətnlərin vaxtını gözlyəcəyik...

Bu həftə İngiltərədə nüfuzlu, ingilisdilli qısa hekayələr müsabiqəsinə yekun vurulub, qalib də müəyyənləşib (Mənbə: The New York Times). Kim (nə) olsa yaxşıdır? Sİ. Belə xəbərləri tez-tez eşidirik, eşidəcəyik. Diqqətçəkən məqam odur ki, bu müsabiqə az qala dünyanın yarısını - Avstraliya və Afrikanı, ingilisdilli ədəbi çevrə birliklərini əhatə edir. Keçmiş koloniyalarda yaşayan müəlliflər öz ana dillərində deyil, imperiyanın dilində hekayələr yazaraq əsərlərini həvəslə müsabiqəyə göndəriblər. Nəticədə isə insan arxa planda qalıb...

Bu cür birlik hekayələri ingilis dilinin ədəbi-bədii ehtiyatlarını qoruyub-yaşatmaq məqsədi daşıyır. Eyni məqsədlərlə Rusiya və Fransada, o cümlədən digər keçmiş imperiya mərkəzlərində də birlik və QHT-lər fəaliyyət göstərir. Məsələ burasındadır ki, Sİ (Süni İntellekt) daha çox “böyük” dilləri istismar edə bilir, onun “işğalçılıq” siyasəti “kiçik”, dillərdən yan keçməyə çalışır. Hələlik. Lakin gələcək illərdə Sİ bütün digər dil və mədəniyyətlərə, adət-ənənələrə əl atacaq. Təxminən, əsl hərşeyşünas olacaq. Bax onda, əsl “ölüm-dirim” savaşı başlayacaq. Əcəba, “kiçik” dillər və mədəniyyətlər özlərini necə aparacaq? Yoxsa heç bir siyahıda adları da çəkilməyəcək, itib-gedəcəklər?

Hər şeyi -  kəlamı və kamalı Füzulidən öyrənib yeni mətnlər yaradan şairlər hələ də içimizdədir. Lakin Füzulinin də gedib-çata bilmədiyi dil və məna şifrələri günümüzdə də bağlı qapılar arxasında gözləyir - ya hansısa mətnin partlayış kimyasına dönəcək, ya da sirr qapılarının arxasında ölüb-qalacaq. Amma yerindən çıxdısa, gizlənə bilməyəcək...

Həqiqət varsa, mətn də var. Bəlkə dünyanı “kiçik” dillərin “böyük” mətnləri “xilas” edəcək?

Məqsəd Nur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 May 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri