Icma.az
close
up
RU
Metro yaxınlığında evi olanlar üçün pis xəbər TƏHLÜKƏ VAR!

Metro yaxınlığında evi olanlar üçün pis xəbər TƏHLÜKƏ VAR!

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Böyük şəhərlərdə daşınmaz əmlak bazarının əsas qaydalarından biri aydındır: metroya yaxınlıq, qiyməti artırır. Gündəlik hərəkətliliyin rahat təmin olunması, nəqliyyatın əlçatanlığı və vaxt itkisinin minimuma enməsi səbəbindən metrostansiyaların ətrafındakı evlər alıcıların diqqət mərkəzində olur. Lakin bu cəlbedici mənzərənin arxa planında çox az adamın düşündüyü bir məsələ dayanır: bu ərazilərdə yaşamaq nə qədər təhlükəsizdir?

“Yeni Sabah” məsələni təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayevlə müzakirə edib. Müsahibimiz bildirib ki, əslində metroya yaxın binaların təhlükəli olması mütləq deyil, amma bəzən nəzərəçarpacaq risklər daşıya bilər:

“Bu əsasən geoloji quruluş, yeraltı tikililərin dərinliyi, vibrasiya təsiri və inşaat keyfiyyəti ilə əlaqəli olur. Əgər tikinti layihəsi düzgün planlaşdırılıbsa və bütün normativlərə əsasən icra olunubsa, orada təhlükə minimum olur. Problemlər yalnız tikinti normativlərinin pozulması nəticəsində yarana bilir. Uzunmüddətli və davamlı vibrasiya xüsusilə köhnə binalara mənfi təsir göstərə bilər. Bu da əsasən tikilinin izolyasiyanın zəif olması və tikinti materiallarının keyfiyyətindən asılıdır. Yeni tikililərdə bu risk müasir konstruksiya texnologiyaları və anti-vibrasiya sistemləri, izolyasiya sistemləri ilə minumuma endirilib”. Dördpendirli pizza

Ekspert qeyd edib ki, metro tikintisi zamanı ərazinin geoloji quruluşu ətraflı şəkildə təşkil olunur:

“Lakin istismar zamanı yeraltı boşluqların səbəb olduğu torpaq çökmələri və əsasən də zəlzələ zamanı əlavə risklər nəzərə alınır. Bu zonalarda tikinti normalarının qorunması əsasən də layihənin icrasından və nəzarət mexanizmlərindən asılıdır.

Metro yaxınlığı xüsusi zona hesab edilir və burada inşa olunan binalar üçün daha güclü seysmik dayanıqlılıq normativləri tətbiq olunmalıdır. Amma təəssüf ki, bəzi hallarda bu normalar formal şəkildə keçirildiyi üçün problemlərə rast gəlinir.

Metro yaxınlığı həyat baxımından böyük üstünlükdür. Amma bu cəlbedicilik inşaat zamanı təhlükəsizlik standartlarının və normativ tələblərin tam müşayiəti ilə icra olunmalıdır. Əks halda gündəlik rahatlıq uzunmüddətli təhlükələrə gətirib çıxara bilər. Yəni tikinti zamanı şəhərsalma və tikinti normalarının tələblərinə ciddi riayət olunmalı, istismara verilərkən isə dövlət qurumları tərəfindən yoxlanılmalıdır”.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Avqust 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri