Icma.az
close
up
RU
Məxfi görüş xəbəri necə sızdırılıb?

Məxfi görüş xəbəri necə sızdırılıb?

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş son dərəcə məxfi şəraitdə hazırlanıb. Bu haqda xəbər yalnız iki gün əvvəl Vaşinqtondakı dairələr tərəfindən sızdırılıb.

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, hiss olunurdu ki, işin içində olan Bakı və İrəvan bununla bağlı xəbərin vaxtından əvvəl yayılmasında maraqlı olmayıb: “Səbəbi bəllidir. Rusiya və İran kimi qonşuları olan Cənubi Qafqaz ölkələrinin Vaşinqtonla isti münasibətləri Moskva və Tehranda qıcıq oyadır və hər ikisinin pozuculuq fəaliyyəti bəllidir. Buna baxmayaraq, Bakı və İrəvan Vaşinqtonda görüşün keçirilməsinə və Ağ Ev sahibinin iştirakıyla sülh sazişinin paraflanması imkanına etiraz etməyiblər. Çünki Vaşinqtonun siyasəti ilə bağlı müəyyən suallar olsa da, Rusiya və İranın regional siyasəti ilə bağlı sualların sayı daha çoxdur”.

Politoloq onu da əlavə edib ki, Kreml və Tehran Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə hələ reaksiya verməyiblər: “Çox güman görüşün nəticəsini və ABŞ paytaxtında nəyin imzalanacağını gözləyirlər. Bütün hallarda Moskva və Tehranın Vaşinqtonun regional təşəbbüslərinin qarşısını alması çətinləşib. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ şirkətlərindən birinin Zəngəzur dəhlizini icarəyə götürmək təklifinə razılaşsa, Moskva və Tehran bunun qarşısını yalnız Ermənistanda çevriliş etməklə ala bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Avqust 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see404

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see317

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see315

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see278

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see259

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see252

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see218

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see203

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see193

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see182

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see175

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see173

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see173

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see170

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see169

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see169

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see168

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see161

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see153

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri