“Meydanda sanki bir komanda oynayırdı” Fariz Yusifov da bu məqamdan narazı qaldı
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Sabah” - “Selye” (2:3) oyununda komandaların forma rənginin oxşar olmasını futbolsevərlər, xüsusən də ekran qarşısında əyləşənlər yaxşı qarşılamadı.
Rəqibin baş məşqçisi Albert Riera da oyundan sonra bununla bağlı narazılıq etdi, ancaq Bakıya narıncı forma da gətirdiklərini, sadəcə, oxşar forma geyən qazaxıstanlı referinin buna imkan vermədiyini dedi. Düzdü, arada Qazaxıstanla Azərbaycanın dostluq münasibətlərinə işarə ilə söz də atdı.
“Football-plus.az” Fariz Yusifovun bu məsələ ilə bağlı fikrini öyrənib:
“Meydanda sanki bir komanda oynayırdı. Belə şey olar? “Selye” özü ilə əlavə forma gətirib, anladım. Hakimlərin də başqa forması olmalıdı da. Hər iki komandanın formasına uyğun hakimlərin forması olmalıdı. Matç günü səhər saatlarında stadionda oyunla bağlı iclas keçirilir. Komandalar arasında forma məsələsi, təhlükəsizliklə bağlı məqamlar araşdırılır. Deməli, hakimlər Qazaxıstandan bura bir forma ilə gəlib? Yaxşı hal deyil. Yəqin ki, hakim-inspektor protokolunda bunu da qeyd edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 14 İyul 2025 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















