Icma.az
close
up
RU
“Meyiti balta ilə böldüm” Anasını öldürən, qətli 11 il gizli saxlayan Elvinin işinin təfərrüatı İLK DƏFƏ

“Meyiti balta ilə böldüm” Anasını öldürən, qətli 11 il gizli saxlayan Elvinin işinin təfərrüatı İLK DƏFƏ

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şabranda 11 il əvvəl anasını öldürməkdə təqsirləndirilərək həbs edilən Elvin Dadaşovun cinayət işinin təfərrüatı məlum olub. Qətl hadisəsi 2011-ci ildə baş verib. Cinayətin üstü isə 11 il sonra - 2022-ci ildə açılıb.

Moderator.az xəbər verir ki, musavat.com ilk dəfə bu cinayət işinin təfərrüatını əldə edib.

Əvvəlcə qətlin tarixi barədə…

Qətl 2011-ci ildə Şabran rayonunda baş verib. Rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyeva oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov tərəfindən qəsdən öldürülüb.

Elvin Dadaşov Şabran Rayon Prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onun meyitini həyətdə basdırdığını etiraf edib.

Cinayətin üstünü 11 il gizli saxlamağı bacaran Elvin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə onun barəsində 7 il azadlıqdan məhrumetmə cəzası təyin edib. E.Dadaşovun cəzası 9 fevral 2022-ci il tarixdən hesablanıb.

Elvinin törətdiyi qətllə bağlı dedikləri…

Elvin Dadaşov istintaq ifadəsində hadisəni niyə törətməsini danışıb. Bildirib ki, 41 yaşlı anasını öldürməsinin səbəbi onun yüngül həyat tərzi sürməsi olub:

“1995-ci ildə atamla anam boşandı. Sonra anam yüngül həyat tərzi sürməyə başladı. Qardaşımı, bacımı və məni nənəmin yanına atdı. Bizim taleyimizlə maraqlanmadı. Uşaqlıq illərində böyük əzab-əziyyət və məhrumiyyətlər yaşadıq. O, yüngül həyat tərzi ilə ailəmizin namusuna da xələl gətirirdi. Buna birdəfəlik son qoymaq istədim.

Hadisə günü bizi görməyə gəlmişdi. Təxminən 2011-ci ilin payız ayı idi. Arxadan yaxınlaşıb idman fəndi ilə var gücümlə boğazını sıxdım. Nəfəs almadığını görüb öldüyünə əmin oldum”.

E.Dadaşov cinayətinin davamında daha dəhşətli əmələ əl atıb. O, anasının cansız bədənini hissələrə bölərək çantalara yığıb.

“Meyiti qonşu yataq otağında gizlətdim. Axşama qədər gözlədim. Meyiti balta ilə iki hissəyə böldüm. İdman və məktəbli çantalarına yığdım”, - deyə Elvin ifadəsinə əlavə edib.

Elvin cəsədin parçalarını həyətlərində tualet üçün qazılmış, lakin istifadə edilməmiş quyuya atıb. Diqqət çəkməmək üçün səhər saat 4-5 radələrinə qədər gözləyib. Meyiti quyuya atdıqdan sonra üstünü torpaqla örtüb.

Elvinə 7 il azadlıqdan məhrumetmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilib. Onun işində mərhumun yaxınları tərəfindən, hüquqi varis tərəfindən şikayətçi olmayıb.

Törətdiyi qətlə görə Elvinə minimum həddə cəza təyin edildiyini qeyd etmək olar. Amma vəkili və Elvin bununla razılaşmayıb. Belə ki, hadisədən xeyli müddət keçdiyi üçün cəza təyin edilməməli olduğunu düşünən vəkil məhkəməyə müraciət edib. Amma Sumqayıt Apellyasiya Məhkəməsi vəkilin şikayətini təmin etməyib. Bundan sonra vəkil Ali Məhkəməyə üz tutub.

Elvinin vəkili Ali Məhkəməyə müraciət edərək bildirib ki, məhkəmə qərar qəbul edərkən müddətlə bağlı məsələləri nəzərə almayıb. Yəni cəza təyin etmə müddəti keçdiyi üçün E.Dadaşov azadlığa buraxılmalıdır.

Vəkil fikrini belə əsaslandırıb ki, Elvin ifadəsində hadisəni törətməsinin tarixi ilə bağlı dəqiq vaxt deməsə də, həmin zaman üçün hava ilə bağlı fikirlərini izah edib:

“Elvin ifadəsində deyib ki, payız ayları olsa da, hava isti olduğu üçün qısaqol köynək geyinmişdi. Hətta həmin günün axşamı çayxanaya gedərək açıq havada oturub. Bu da hadisə baş verdiyi vaxtlarda hələ payızın yeni başladığını sübut edir. Çünki havalar hələ tam sərinləməmişdi. Bu isə həmin vaxtların təxminən avqust ayının sonları, sentyabr ayının əvvəlləri olduğunu sübut edir. Bunlar müddət baxımından məhkəmə tərəfindən nəzərə alınmadı. Məhkəmə Elvinin ilkin ifadəsini cinayətin açılmasında əsas götürmüşdü. Ona görə də vaxtla bağlı məsələdə Elvinin dedikləri onun xeyrinə başa düşülməli idi. Payızın ilk günü də sentyabr ayının 22-i kimi qəbul edilir. Məhkəmə məhz bu tarixə əsaslanmalı idi. Məhkəmə bunları nəzərə almadığına görə hadisənin baş vermə zamanında yanlışlığa yol verib. Bu da qəbul edilən qərarın və verilən cəzanın qanunsuz olması ilə nəticələnib. Bu iş üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçib”.

Ali Məhkəmə şikayəti təmin etməyib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ədalətli olduğu qənaətinə gəlinib.

Qeyd edək ki, Elvin qətli törədən zaman 21 yaşı olub. İndi 34 yaşı olan Elvin 2 ildən çoxdur ki, həbsdədir. Onun cəzası 2029-cu ildə başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see197

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see196

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri